NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Azərbaycan Aİ ilə potensial investisiya layihələrini müzakirə edib

...

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında potensial investisiya layihələri müzakirə olunub.

"Şərq qapısı" xəbər verir ki, İqtisadiyyat Nazirliyində Aİ nümayəndələri ilə görüş keçirilib.

Belə ki, nazirin müşaviri Əsgər Ələkbərov Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Kuyundziç ilə görüşüb.

Görüş zamanı Avropa İttifaqı ilə mövcud əməkdaşlıq, eləcə də dayanıqlı iqtisadi inkişafı, regional əlaqəliliyi və investisiya tərəfdaşlığını təşviq etməyə yönəlmiş potensial layihələr müzakirə olunub.

Nəşr edilib : 29.10.2025 18:08