NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ayaz Seyidli: Bir il ərzində 14 layihə uğurla həyata keçirilərək 106 autizmli uşağa dəstək göstərilib

...

Naxçıvanda “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin birilliyinə həsr olunmuş tədbir təşkil olunub. Birliyin sədri Ayaz Seyidli “Şərq qapısı”na açıqlamasında bildirib ki, “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin birilliyi münasibətilə təşkil olunan elmi konfrans autizm sahəsində etik yanaşmaların və yeni strategiyaların təqdim edilməsinə həsr olunub. O qeyd edib ki, bir il ərzində “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyi 14 layihəni uğurla həyata keçirib. Bu müddət ərzində 106 autizmli uşağa reabilitasiya, təlim-terapiya və təhsil dəstəyi göstərilib, həmçinin onların cəmiyyətə inteqrasiyası təmin edilib. Eyni zamanda 106 ailəyə psixoloji dəstək formatında təlim və terapiyalar təqdim olunub. 2026-cı ildə təşkilatın planlaşdırdığı ən böyük layihələrdən biri isə inklüziv kafenin açılmasıdır. “Mavi Puzzle” kafesinin əsas məqsədi sırf inklüziv fəaliyyəti təmin etməkdir. Burada fəaliyyət göstərəcək bütün əməkdaşlar autizmli və inklüziv uşaqlardan ibarət olacaq. Hazırda bu layihə ilə bağlı bir sıra addımlar atılıb və dövlət qurumlarının dəstəyi gözlənilir” – deyə Ayaz Seyidli vurğulayıb.

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 17.12.2025 14:55