NAXÇIVAN :

07 Iyun 2026, Bazar

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

...

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.
"Şərq qapısı" xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda yarımfinalda Serbiya seçməsi ilə qarşılaşıb.
"Tipos Arena"da oynanılan görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (3:1) oynayan Azərbaycan millisi adını finala yazdırıb.
Qeyd edək ki, iyunun 4-də keçiriləcək final matçında rəqib Ukrayna yığması olacaq.

Nəşr edilib : 04.06.2026 00:02