NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

"Araz-Naxçıvan"ın baş məşqçisi: Komanda çoxdandı bu səfəri gözləyirdi

...

"İlk öncə naxçıvanlıları salamlayırıq. Bizim üçün Naxçıvana gəlmək çox xoş oldu. Komanda çoxdandı bu səfəri gözləyirdi. Yeni futbolçuların Naxçıvandan az məlumatları var idi, özləri də gördülər, şahidlik etdilər. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə, eyni zamanda Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundova da  təşəkkür edirik. Bizim üçün hər bir şərait yaradılıb  və düşünürəm ki, komanda olaraq Naxçıvana  qayıtsaq daha da  yaxşı olacaq". 
“Şərq qapısı” xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev deyib. 
O bildirib ki, komanda olaraq çempionatın növbəti turunu burada oynamaq istəyirlər: "Əlbətdə komandamız azərkeşlər önündə  daha  rəngarəng oynamaq  qabiliyyətindədir.  Bunu biz konfrans ligində də müşahidə etdik. Komanda potensialı var, düşünürəm ki, komanda özü də  Naxçıvanı və Naxçıvan camaatını  sevindirmək istəyir".

Nəşr edilib : 07.10.2025 12:59