Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
Uzun illər istismarda olan boru xətlərində təbii aşınma, korroziya və texniki köhnəlmə səbəbindən vaxtaşırı qəza halları baş verir ki, bu da su itkilərinə və suvarma prosesində çətinliklərə səbəb olur. Mövcud vəziyyəti nəzərə alaraq “Araz-1” nasos stansiyasından, təxminən, 1 kilometr məsafədə yerləşən təzyiqli boru xətlərinin korroziyaya uğramış hissələrində əsaslı təmir-bərpa işlərinə başlanılıb.
“Şərq qapısı” xəbər verir ki, hazırda boru xəttinin 300 metrlik hissəsində işlər intensiv şəkildə aparılır.
Boru xəttinin bataqlıq ərazidən keçən hissəsində cari il ərzində mütəmadi qəzaların olması əsaslı təmir-bərpa işlərini zəruri edib. Hazırda mövcud vəziyyətdən çıxmaq üçün bataqlıq hissədən keçən boru xətlərində təmir-bərpa işləri görülür. Lakin görülən işlər müvəqqəti xarakter daşıyır, növbəti suvarma mövsümünə qədər su təminatı bərpa edilsə də, xətlərdə yeni qəza halları və qırılmaların olması istisna edilmir.
Təmir-bərpa prosesi çərçivəsində istismar müddətini başa vurmuş, zədələnmiş və korroziyaya məruz qalmış boru seqmentləri xüsusi texnika vasitəsilə kəsilərək çıxarılır.
Məlumat üçün bildirək ki, cari ilin yanvar-mart ayları ərzində də “Araz-1” nasos stansiyasının təzyiqli boru xəttində genişmiqyaslı təmir işləri həyata keçirilib, ümumilikdə, 1,4 kilometrlik hissədə bərpa tədbirləri aparılıb. Hazırda “Babək rayonu, Nehrəm qəsəbəsi ərazisində 1000 hektar torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq üçün “Araz-1” və “Araz-2” ikipilləli nasos stansiyasının və boru xəttinin yenidən qurulması” layihəsi üzrə işlər davam etdirilir.
Digər xəbərlər