Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
2025-ci ilin dekabr ayında nümayişə çıxan “Sağ qalan” (Not Without Hope) adlı Amerika istehsalı triller filmi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin misraları ilə açılır.
Filmin əvvəlində səsləndirilən bu fikir ekran işinin əsas ideyasını ölüm təhlükəsi qarşısında ümidini itirməmək və yaşamaq uğrunda mübarizəni ifadə edir. Nizami Gəncəvinin “Sınaq anında ümidinizi itirməyin, çünki büllur yağış qara buludlardan doğur” misrası filmin fəlsəfi xəttini müəyyənləşdirir.
Real hadisələr əsasında çəkilən film güclü fırtına zamanı açıq dənizdə çətin vəziyyətdə qalan dörd dostun sağ qalmaq uğrunda apardığı mübarizədən bəhs edir. Dram və gərginlik elementləri ilə zəngin olan ekran işi insan iradəsinin və ümidin ən ağır anlarda belə necə yaşadığını nümayiş etdirir.
Azərbaycan klassik ədəbiyyatının dünya kinosunda yer alması mədəniyyətlərarası körpünün bariz nümunəsi kimi dəyərləndirilir və Nizami Gəncəvi irsinin qlobal miqyasda təsir gücünü bir daha ortaya qoyur.
Zəhra VƏLİYEVA
Digər xəbərlər