Naxçıvanda sertifikatlaşdırma prosesinin keçirildi...
12:55 03.05.2026
0
0
0
Aprelin 28-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri və Rəyasət Heyəti aparatının məsul şəxsləri Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanda məzarını ziyarət ediblər.
Bu barədə AMEA-dan məlumat verilib.
AMEA nümayəndələri Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarları önünə gül dəstələri düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.
Digər xəbərlər