Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
Azərbaycan Dəmir Yolları QSC (ADY) bu ilin mart ayında 157 min tona yaxın qida sənayesi məhsulları daşıyıb ki, bu da keçən ilin müvafiq dövründən 51 faiz çoxdur.
"Şərq qapısı" xəbər verir ki, analoji məhsulların 2026-cı ilin birinci rübü üzrə daşınması 325 min tona yaxın təşkil edib və ötən ilin eyni dövrünü 9 faiz üstələyib.
Qeyd edək ki, qida sənayesi məhsullarının tranzit daşımaları da bu ilin birinci rübündə 21 faiz (139,7 min ton), mart ayında isə 64 faiz (67,3 min ton) artıb.
Digər xəbərlər