NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

ADF 2026-da mövcud enerji problemləri müzakirə olunub

...

Türkiyədə beşinci Antalya Diplomatiya Forumunun (ADF 2026) ilk günü müzakirə olunan ilk mövzular qlobal enerji təchizatı və yaranan problemlər ilə bağlıdır.

"Şərq qapısı" xəbər verir ki, “Qlobal enerji xəritəsinin yenidən çəkilməsi: Təhlükəsizlik və qeyri-müəyyənlik” mövzusunda keçirilən iclasda Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Sloveniyanın ətraf mühit, iqlim və enerji naziri Bojan Kumer, Liviyanın neft və qaz naziri Xəlifə Abdulsadık və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Baş direktoru Francesco La Cameranın mövzu ilə bağlı fikirləri dinlənilib.

Natiqlər qlobal enerji bazarlarında baş verən son proseslər barədə danışıb, mövcud vəziyyətin sistemlərin kövrəkliyini üzə çıxardığını qeyd ediblər.

Çıxışlarda davam edən geosiyasi münaqişələr, artan ticarət maneələri və strateji rəqabət, təchizat təhlükəsizliyi və qiymət dalğalanmaları ilə bağlı artan narahatlıqlara diqqət çəkilib. Bildirilib ki, bu, dəyişən şəraitdə, təhlükəsiz, əlverişli və dayanıqlı enerjinin təmin edilməsi daha geniş beynəlxalq əməkdaşlıq tələb edən ortaq prioritetə çevrilib.

Nəşr edilib : 17.04.2026 12:40