NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər nəzərdən keçirilib

...

SOCAR-ın prezidenti Rövşən Nəcəfin, “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazın və XRG-nin beynəlxalq aktivlərin idarə edilməsi üzrə baş vitse-prezidenti Bassem Tadrosun iştirakı ilə görüş keçirilib.
"Şərq qapısı" xəbər verir ki, görüşdə “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər, əldə olunan nəticələr, növbəti icra mərhələləri üçün nəzərdə tutulan addımlar müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 15.04.2026 19:32