Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Tarixi qələbəmizin 5-ci ildönümü şəhərdə xüsusi coşqu ilə qeyd olunacaq, müxtəlif mədəni və sosial layihələr reallaşdırılacaq. Bu münasibətlə hazırlıqlar artıq yekunlaşmaq üzrədir və şəhər bayram ab-havasına bürünüb. Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynli məlumat verib.
Məmməd Hüseynli bildirib ki, tədbirlər Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, həmçinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir. Gün boyu zəfər ruhunu əks etdirən müxtəlif proqramlar nəzərdə tutulur və Zəfər Gününün 5-ci ildönümü Naxçıvan şəhərində xüsusi proqramla qeyd ediləcək.
Mədəniyyət Nazirliyinin əməkdaşı vurğulayıb ki, bayram günündə Heydər Əliyev prospektində böyük səhnə qurulacaq və axşam saatlarında möhtəşəm konsert təqdim olunacaq. “Tanınmış müğənnilər, ansambllar və yaradıcı kollektivlər çıxış edəcək. Qəhrəmanlıq, Vətən və zəfər motivli mahnılar ifa olunacaq, şəhid və qazilərimizin igidliyinə həsr olunmuş kompozisiyalar nümayiş etdiriləcək”, – deyə o qeyd edib.
Məmməd Hüseynli əlavə edib: “Zəfər Günü təkcə konsertlə məhdudlaşmayacaq, səhər saatlarından başlayaraq uşaq və gənclər, o cümlədən incəsənət məktəblərinin şagirdləri tərəfindən “Zəfər Günü – qürur günümüz” adlı rəsm müsabiqələri və sərgilər təşkil olunacaq. Məqsədimiz gənclərdə milli ruhu daha da gücləndirməkdir”, – deyə o bildirib.
Nazirlik nümayəndəsi onu da vurğulayıb ki, hazırda şəhərdə bayram hazırlıqları tamamlanır. “Naxçıvan küçələri, prospektləri, meydanları dövlət bayraqları və zəfər simvolları ilə bəzədilib. Şəhərdə əsl qürur və bayram ab-havası hökm sürür. Günün sonunda isə möhtəşəm atəşfəşanlıq gözlənilir”, – deyə nazirliyin əməkdaşı qeyd edib.
Rafiq TƏHMƏZ
Digər xəbərlər