Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
2026-cı ilin yanvar-mart aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 383 milyon 588 min 400 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3,7 faiz artaraq 811,8 manat olmuşdur.
***
Cari ilin yanvar-mart aylarında muxtar respublikada 129 milyon 316 min 300 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2025-ci ilin müvafiq dövründəki göstəricidən 13,4 faiz çoxdur. Sənaye məhsulunun 108 milyon 90 min 600 manatı və ya 83,6 faizi malların, 21 milyon 225 min 700 manatı və ya 16,4 faizi isə xidmətlərin payına düşmüşdür.
Sənaye məhsulunun 79,2 faizi emal, 19,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
***
2026-cı ilin yanvar-mart aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 56 milyon 178 min 500 manat investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 29,2 faiz çoxdur.
İstifadə olunmuş investisiyanın 19 milyon 773 min 700 manatı və ya 35,2 faizi məhsul istehsalı sahələrinə, 7 milyon 790 min 900 manatı və ya 13,9 faizi xidmət sahələrinə, 28 milyon 613 min 900 manatı və ya 50,9 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala investisiya qoyuluşunun 49 milyon 856 min 500 manatı və ya 88,7 faizi bilavasitə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 65,4 faiz çoxdur.
***
Cari ilin yanvar-mart aylarında muxtar respublikada 44 milyon 116 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 3 milyon 739 min 100 manatı bitkiçilik sahəsi üzrə, 40 milyon 377 min 100 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,8 faiz artmışdır.
***
2026-cı ilin yanvar-mart aylarında muxtar respublikada nəqliyyat sektorunda 1 milyon 670 min 800 ton yük, 11 milyon 314 min 400 sərnişin daşınmışdır. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,3 faiz, sərnişin daşınması isə 1,1 faiz artmışdır.
***
Cari ilin yanvar-mart aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 59,9 faiz azalaraq 3 milyon 746 min 600 manat olmuşdur. Xidmətlərin 35,5 faizi qeyri-dövlət sektorunda formalaşmışdır.
***
2026-cı ilin yanvar-mart aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 369 milyon 924 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur. Ticarət şəbəkəsində 190 milyon 880 min 800 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 179 milyon 43 min 200 manatlıq qeyri-qida məhsulları satılmışdır.
***
Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 45,4 faiz artaraq 2026-cı il mart ayının 1-nə milli valyuta ekvivalentində 40 milyon 661 min 500 manat təşkil etmişdir. Əmanətlərin 94,0 faizi milli, 6,0 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 46,2 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 34,0 faiz artmışdır.
***
Cari ilin yanvar-mart aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 33 milyon 431 min 500 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 3 milyon 617 min 400 dollarını və ya 10,8 faizini ixrac olunmuş məhsulların, 29 milyon 814 min 100 dollarını və ya 89,2 faizini isə idxal məhsullarının dəyəri təşkil etmişdir. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 21,9 faiz, o cümlədən idxal 20,2 faiz, ixrac isə 38,5 faiz artmışdır.
***
2026-cı ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 52 milyon 324 min manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz azalmışdır.
***
2026-cı ilin yanvar-fevral aylarında muxtar respublikada ortaaylıq nominal əməkhaqqı 803,2 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.
***
1 mart 2026-cı il tarixə muxtar respublikada əhalinin sayı 2025-ci ilin müvafiq dövrünə nisbətən 1365 nəfər və ya 0,3 faiz artaraq 472 534 nəfər olmuşdur.
Digər xəbərlər