19 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Prezident İlham Əliyev Pirallahı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Pirallahı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olub

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım…

More...
Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 2-də Oman Sultanlığının ölkəmizdə yeni təyin…

More...
Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib

Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı…

More...
Naxçıvan Muxtar Respublikası  Ali Məclisində qəbul

Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul

Avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam…

More...
Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri,  mənzillər  və avtomobillər təqdim olunub

Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub

Avqustun 9-da - müqəddəs Qurban bayramı ərəfəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı…

More...
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası tikiləcək

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası tikiləcək

Muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrində istifadə əsas yer tutur.…

More...
Kəngərli rayonunun Yurdçu kəndində qapalı  suvarma şəbəkəsi istifadəyə verilib

Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib

Muxtar respublikada mütərəqqi suvarma şəbəkələrinin qurulması torpaq və su ehtiyatlarından səmərəli istifadəyə,…

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.
Prev Next

Hava limanı Naxçıvana hava qədər lazımdır

16-08-2019

Hava limanı Naxçıvana  hava qədər lazımdır

Düşünürəm ki, hava nəqliyyatının Naxçıvan üçün nə dərəcədə mühüm əhəmiyyətə malik olmasından danışmaq, ətraflı təhlil aparmaq yersiz olar. Çünki hər kəs Naxçıvanın ölkəmizin əsas hissəsi ilə nəqliyyat əlaqələrinin kəsilməsi fonundan...

Ardını oxu..

Aqrar sahə ilə bağlı müşavirə olub

16-08-2019

Aqrar sahə ilə bağlı müşavirə olub

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında verilmiş tapşırıqlarla əlaqədar 2019-cu ildə muxtar respublikada payızlıq taxıl əkinlərinin aqrotexniki qaydalara uyğun aparılması və hazırlıq işlərinə dair müşavirə keçirilib. ...

Ardını oxu..

Komissiyanın iclası keçirilib

16-08-2019

Komissiyanın iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib. İclası giriş sözü ilə komissiyanın sədri Ramilə Seyidova açaraq gündə­likdə duran məsələlərlə...

Ardını oxu..

Əhalinin Siyahıyaalınmasına Yardım Komissiyasının …

16-08-2019

Əhalinin Siyahıyaalınmasına Yardım Komissiyasının iclası keçirilib

Avqustun 16-da Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində muxtar respublikada əhalinin siyahıyaalınması üzrə görülmüş hazırlıq işləri və qarşıda duran vəzifələr barədə iclas keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin...

Ardını oxu..

Türkiyə üzərindən yeni hava dəhlizi açılıb

16-08-2019

Türkiyə üzərindən yeni hava dəhlizi açılıb

Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatının müasir tələblər səviyyəsində qurulması diqqətdə saxlanılır. Aparılan qu­ruculuq işləri Naxçıvan Beynəlxalq Hava Limanını da əhatə etmiş, infrastruktur tamamilə müasirləşdirilmişdir. Bu gün muxtar respublikada yerli hava...

Ardını oxu..

Məşhur alanası, miyanpuru və sucuğu ilə qədim Ordu…

16-08-2019

Məşhur alanası, miyanpuru və sucuğu ilə qədim Ordubad

Qədim diyarımız tarixən zəngin təsərrüfat ənənələri ilə seçilib. Bu ənənələr içərisində isə meyvəçilik özünəməxsus yerə malikdir. Təsadüfi deyil ki, meyvəçilikdən söz düşəndə ilk olaraq ağlımıza belə ənənələri ilə məşhur olan...

Ardını oxu..

İyul ayında 707 abunəçi internetlə təmin edilib

16-08-2019

İyul ayında 707 abunəçi internetlə  təmin edilib

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2019-cu ilin iyul ayında da davam etdirilmişdir. Ordubad rayonu, Nüsnüs kənd Avtomat Telefon Stansiyasına 32...

Ardını oxu..

Keyfiyyətə nəzarət olunur

16-08-2019

Keyfiyyətə nəzarət olunur

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2019-cu ilin iyul ayında yerli məhsulların daxili və xarici bazarlarda rəqabətə­davamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işini, o...

Ardını oxu..

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin…

16-08-2019

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində avqust ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilmişdir. Belə ki, 2019-cu il 1 avqust tarixli 105 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında...

Ardını oxu..

Fövqəladə hallara hazırlıq diqqətdə saxlanılır

16-08-2019

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qоrunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində qarşıya qоyulmuş vəzifələrin icrasını iyul...

Ardını oxu..
Prev Next

Yeni yaşayış binaları tikilir

16-08-2019

Yeni yaşayış binaları tikilir

Muxtar respublikada əhalinin, xüsusilə də gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu tədbirlərin davamı olaraq Ordubad və Şahbuz şəhərlərində yeni yaşayış binaları inşa edilir. Ordubad...

Ardını oxu..

Babək rayonu yeni inkişaf mərhələsində

15-08-2019

Babək rayonu yeni inkişaf mərhələsində

Naxçıvan... Ulu və müqəddəs, bəşər mədəniyyətinin yaşıdı olan bu torpağın zəngin keçmişi ilə yanaşı, bugünkü tərəqqisi, əldə etdiyi sabitliyi, intibah yolu ilə də öyünməyə mənəvi haqqı var. Tarixçilər, salnaməçilər bir...

Ardını oxu..

Muxtar respublikada taxıl biçini başa çatıb

15-08-2019

Muxtar respublikada taxıl biçini başa çatıb

Muxtar respublikanın etibarlı ərzaqla təminatında taxılçılıq mühüm sahələrdən biridir. Taxılçılıq əhalinin çörək və digər unlu məmulatlara olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın inkişafında mühüm rol oynayır. Kənd təsərrüfatının,...

Ardını oxu..

Muxtar respublikanın taxılçıları cari ildə 102 min…

08-08-2019

Muxtar respublikanın taxılçıları cari ildə 102 min 984 ton məhsul tədarük ediblər

Muxtar respublikada ərzaq təhlükəsizliyinin və özünüməşğulluğun təmin edilməsi prioritet vəzifələr sırasındadır. Buna nail olunmasında kənd təsərrüfatı  mühüm rola malikdir. Ona görə də bu sahənin inkişafı istiqamətində həyata keçirilən kompleks islahatlar,...

Ardını oxu..

İnvestisiya qoyuluşuna dövlət dəstəyi artırılır

07-08-2019

İnvestisiya qoyuluşuna dövlət dəstəyi artırılır

Muxtar respublikamızda sahibkarlığın inkişafına dövlət tərəfindən sistemli dəstək tədbirlərinin göstərilməsi, aparılan məqsədyönlü siyasət nəticəsində diyarımızda ümumrespublika və beynəlxalq əhəmiyyətli layihələrdə uğurla iştirak edən, iqtisadiyyatın inkişafına töhfə verən güclü sahibkarlar təbəqəsi...

Ardını oxu..

Yarmarkalarda bolluqdur

06-08-2019

Yarmarkalarda bolluqdur

Muxtar respublikamızın sürətli sosial­-iqtisadi inkişafı davamlı xarakter alıb. Bunun başlıca səbəblərindən biri bütün sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafına yaradılan münbit şərait, torpaq mülkiyyətçilərinə, ailə təsərrüfatlarına göstərilən dəstəkdir. Kənd təsərrüfatı məhsullarının...

Ardını oxu..

Ailə təsərrüfatlarının inkişafı hərtərəfli qayğı …

06-08-2019

Ailə təsərrüfatlarının inkişafı hərtərəfli  qayğı ilə əhatə olunub

Bu gün inkişaf etmiş ölkələrdə özəl sektorun əsası ailə təsərrüfatları və ailə biznesi üzərində qurulub. Çünki ailə təsərrüfatları özəl mülkiyyətə əsaslanan iqtisadiyyatda özünüməşğulluğun ən uyğun formasıdır. Adından da göründüyü kimi,...

Ardını oxu..

Muxtar respublikada sənayenin inkişafı diqqətdə s…

06-08-2019

Muxtar respublikada sənayenin inkişafı  diqqətdə saxlanılır

Muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin olunmasında mühüm sahələrdən biri də sənayedir. Son illər bu sahədə həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönümlü məhsullar...

Ardını oxu..

İnsanların məşğulluq səviyyəsi yüksəlir

06-08-2019

Naxçıvan Muxtar Respublikasında ardıcıl davam edən islahatlar sosial və iqtisadi sahələrdə səmərəli nəticələrin əldə olunmasına, o cümlədən yeni iş yerlərinin yaradılmasına, kiçik və orta sahibkarlığın genişləndirilməsinə, özünüməşğulluğun təmin olunmasına səbəb...

Ardını oxu..

Muxtar respublikada özünəməxsus ənənələrə malik y…

02-08-2019

Muxtar respublikada özünəməxsus ənənələrə malik  yüngül sənayenin böyük inkişaf perspektivləri vardır

Yüngül sənaye müxtəlif növ bitki və heyvan mənşəli xammaldan və bunların süni əvəzedicilərindən istehlak malları (paltar, ayaqqabı, çanta və sair) istehsal sahələrində istifadə olunan parça, xəz, dəri və digər məhsulları...

Ardını oxu..

İyunun 24-də Bəhruz Kəngərli Muzeyinin binasının əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Ali Məclisin Sədri Bəhruz Kəngərli Muzeyinin bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilməsi, əsərlərinin tam külliyyatı ilə sərgilənməsi münasibətilə tədbir iştirakçılarını və ictimaiyyətin nümayəndələrini təbrik edərək demişdir: “Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılmışdır. Həmin dövrdə bu bina muzeyə verilmiş, Bəhruz Kəngərlinin əsərlərinin və rəssama aid olan eksponatların toplanmasına başlanılmışdır. 2002-ci il iyun ayının 18-də ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olmuşdur. Ötən müddətdə muzey Bəhruz Kəngərli irsinin təbliği istiqamətində müəyyən işlər görmüşdür”.
“Bəhruz Kəngərli irsi çox zəngin irsdir, rəssamlıqda yeni məktəbdir. Bu irsi tam külliyyatı formasında qorumaq, ictimaiyyətə təqdim etmək və gələcək nəsillərə çatdırmaq isə bizim üzərimizə düşən başlıca vəzifələrdən biridir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Bu sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisində Tədbirlər Planı hazırlanaraq həyata keçirilmişdir. Tədbirlər Planına əsasən, Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanan 191 əsərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilmiş, ilk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində buraxılmışdır. Bu gün həmin albom-kataloqun təqdimatı da keçirilir. Eyni zamanda muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılmış, Bəhruz Kəngərliyə aid sənədli film hazırlanmış və Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina yenidən qurulmuşdur. Yenidənqurmadan sonra muzey uzun illər Naxçıvan ictimaiyyətinə və Bəhruz Kəngərli sənətini sevənlərə xidmət göstərəcəkdir. Bu gün muzeydə Bəhruz Kəngərli irsinə aid 900-dən çox eksponat mühafizə olunur. Muzeydə rəssamın 341 rəsm əsəri vardır. Bu rəsm əsərlərindən 58-i orijinaldır.
Ali Məclisin Sədri demişdir: “Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi binanın yenidən qurularaq istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Ona görə ki, Azərbaycan realist rəssamlığının banisi olan Bəhruz Kəngərli vətənpərvər bir rəssam olmuşdur. Bəhruz Kəngərli yaşadığı torpağı sevən, onun təbiətinə vurğun bir insan idi. Onun əsərlərində təbiət, tarixi abidələr və vətənpərvərlik mövzusu qırmızı xətlə keçir. Bəhruz Kəngərli eyni zamanda insanpərvər bir rəssam idi. O, öz dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkmiş, portret janrında dəyərli əsərlər yaratmışdır. Bəhruz Kəngərli xalqını sevən bir rəssam idi. O, əsərlərində xalqımızın tarixini və dövrün ictimai-siyasi hadisələrini dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir. Xalqımızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümunələridir. Bəhruz Kəngərli əsərlərində tarixi mövzulara geniş yer vermişdir. O, muxtar respublika ərazisindəki tarixi abidələrin rəsmlərini çəkmişdir. Eyni zamanda rəssam öz əsərlərində erməni vəhşiliyi nəticəsində dağıdılan və ya bu günə gəlib çatmayan bir sıra tarixi abidələrin rəsmlərini də əks etdirmişdir”.
Ali Məclisin Sədri demişdir: “Bəhruz Kəngərli rəssamlıqda yeni bir məktəb yaratmışdır. Sağlamlıq imkanları məhdud olan sənətkar maddi çətinliklərə baxmayaraq, daim xalqına, Vətəninə xidmət etmişdir. Əsərlərini sərgiləməklə kasıb ailələrin uşaqları üçün məktəb pulu toplayan, onların təhsil almasına köməklik göstərən Bəhruz Kəngərli təkcə rəssam deyil, həm də Azərbaycan xalqının görkəmli nümayəndəsidir. Ona görə də Bəhruz Kəngərli irsi, onun xalqımız, Vətənimiz qarşısındakı xidmətləri daim təbliğ olunmalı, muzeydən həm də muzey-məktəb kimi istifadə edilməlidir. Bunun üçün muzeydə hər cür şərait yaradılmış, Bəhruz Kəngərli irsi və bu irsə aid olan tarixi sənədlər külliyyat şəklində toplanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun müvafiq fakültələri Bəhruz Kəngərli sənətini məhz burada öyrənməlidirlər. Muzeydə dərslər təşkil olunmalı, rəssamın irsi və həyat yolu gənc nəsillərə olduğu kimi çatdırılmalıdır. Çünki bu cür sənətkarların həyat və yaradıcılığı gənc nəsillər üçün nümunədir. Mədəniyyət və Turizm Nazirliyi, muzeyin əməkdaşları da rəssamın irsinin öyrənilməsi və ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini gücləndirməlidir”.
Ali Məclisin Sədri Bəhruz Kəngərli Muzeyinin tarixi binada yerləşdiyini bildirərək demişdir ki, bu bina sovetlər dövründən əvvəl tikilmişdir. İlk vaxtlar bina Qızlar Məktəbi, sonrakı dövrlərdə isə Pedaqoji Texnikum və Tibb Məktəbi kimi fəaliyyət göstərmişdir. Ümummilli liderimiz Heydər Əliyev 1938-1939-cu illərdə burada yerləşən Pedaqoji Texnikumda təhsil almış, texnikumu əla qiymətlərlə bitirmişdir. Ona görə də ümummilli liderimizin xatirəsinin əbədiləşdirilməsi üçün binaya xatirə lövhəsi vurulmuş və Heydər Əliyev xatirə otağı yaradılmışdır. Xatirə otağında ulu öndərin təhsil aldığı dövrə aid olan arxiv sənədləri, qiymət cədvəlləri və fotoşəkillər sərgilənir.
Ali Məclisin Sədri yaradılanlardan düzgün istifadə olunacağına, muzeydə Bəhruz Kəngərli irsinin lazımi səviyyədə təbliğ ediləcəyinə və ümummilli liderimizin xatirəsinin uca tutulacağına əminliyini bildirmiş, Naxçıvan ictimaiyyətini Bəhruz Kəngərli irsindən bəhrələnməyə çağırmışdır.
Sonra tədbirdə Bəhruz Kəngərlinin əsərlərindən ibarət albom-kataloqun təqdimatı olmuşdur.
Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə, Naxçıvan Dövlət Universitetinə, Naxçıvan Müəllimlər İnstitutuna, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə və Bəhruz Kəngərli Muzeyinə Bəhruz Kəngərlinin albom-kataloqunu hədiyyə etmişdir.
Rəssamın müxtəlif janrlarda çəkdiyi əsərlərin toplandığı albom-kataloq nəfis tərtibatla işlənmişdir. Albom-kataloqda yer alan “İlanlı dağ”, “Ağrı dağ”, “Əshabi-Kəhf”, “Nəhəcir dağı”, “Qızlar bulağı şəlaləsi”, “Dağ mənzərəsi”, “Qara dəniz” və “Qaçqınlar” silsiləsinə daxil olan əsərlər yüksək bədii sənətkarlıq nümunələridir. Bu əsərlərdə humanist rəssamın hiss və duyğuları, daxili iztirabları öz dolğun əksini tapmışdır.
Ali Məclisin Sədri və tədbir iştirakçıları muzeydə yaradılan şəraitlə tanış olmuş, ekspozisiya zallarında sərgilənən əsərlərə baxmışlar.
Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində 2 iş otağı, fond və 4 ekspozisiya zalı, ikinci mərtəbəsində isə 4 ekspozisiya zalı və Heydər Əliyev xatirə otağı yerləşir. Müasir işıqlandırma sistemi quraşdırılan ekspozisiya zallarında rəssamın əsərləri nümayiş olunur.
Baxış zamanı qeyd olunmuşdur ki, teatr rəssamlığı, qrafika və digər janrlarda əsərlər yaradan Bəhruz Kəngərli milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, geniş və rəngarəng yaradıcılıq imkanlarına malik olan böyük sənətkardır. O, Azərbaycan boyakarlığında realizmin əsasını qoymuş, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirmişdir. Bəhruz Kəngərlinin əsərlərində zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. Bu isə rəssamın Vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən doğur. Öz yaradıcılığında realizm ənənələrinə sadiq qalan rəssam bu janrı istər məzmun, istərsə də bədii forma cəhətdən zənginləşdirərək yeni bir sənət səviyyəsinə qaldırmışdır.
Ali Məclisin Sədri sənətşünas alimlər tərəfindən Bəhruz Kəngərli irsinin ətraflı tədqiq olunması, muzeydə ali məktəb tələbələrinin və ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə dərslərin keçilməsi, Bəhruz Kəngərli irsinin layiqincə təbliğ edilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
Binanın fasadı da milli memarlıq ənənələri və müasir dizayn elementləri əsasın­da zövqlə işlənmiş, pəncərələr şəbəkə üslubunda hazırlanmış, həyətdə abadlıq işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Prev Next

Əcəmi qüdrətinin əsrlərə meydan oxuyan ilk abidəsi…

16-08-2019

Əcəmi qüdrətinin əsrlərə meydan oxuyan ilk abidəsi

Naxçıvanın tarixi haqqında fikir yürüdən tədqiqatçılar haqlı olaraq hər zaman qeyd edirlər ki, bu qədim diyar, sadəcə, tarixi zənginliklərə deyil, həm də böyük mədəni irsə malikdir. Bu irsin bir hissəsini...

Ardını oxu..

Sağlam və etibarlı gələcək naminə

16-08-2019

Sağlam və etibarlı gələcək naminə

Qədim Şərq müdriklərinin belə bir kəlamı var: “İnkişafa gedən yol təhsildən keçir”. Son illər diyarımızda əldə olunan hərtərəfli inkişaf və tərəqqinin də təməlində məhz müasir və mütərəqqi təhsil sisteminin formalaşdırılması,...

Ardını oxu..

Xalq teatrı yeni tamaşalar sorağında

16-08-2019

Xalq teatrı yeni tamaşalar sorağında

Bu gün muxtar respublikamızda professional teatrların formalaşmasında baza rolu oynayan xalq teatrlarının inkişafı üçün hərtərəfli şərait yaradılıb. Belə teatrlar həm istedadlı gənclərin üzə çıxarılması, həm də hazırladıqları müxtəlifməzmunlu tamaşalarla tamaşaçıların...

Ardını oxu..

Naxçıvan axşamları

16-08-2019

Naxçıvan axşamları

İndi şəhərli-kəndli axşamları gündüzlərindən də gözəl olan Naxçıvanımızı seyr edərkən şirin-şəkər uşaqlığımızın  nağıllı axşamları canlanır gözlər önündə. Yaylı-qışlı  günlərimizin sonunu tamamlayan nağıllı axşamlar... Günün ən sevimli və səbirsizliklə gözlədiyimiz vaxtı...

Ardını oxu..

Bərəkətli torpaqlardan zəhmət ətirli söhbətlər

16-08-2019

Bərəkətli torpaqlardan zəhmət ətirli söhbətlər

Şahbuz rayonunda ailə əməyinə əsaslanan təsərrüfatların sayının ilbəil çoxalması bölgənin ümumi inkişafına öz müsbət təsirini göstərir. 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan edilməsi isə belə təsərrüfatlarda çalışan əməksevər...

Ardını oxu..

Məktəblilərin yay tətili günləri səmərəli təşkil o…

16-08-2019

Məktəblilərin yay tətili günləri səmərəli təşkil olunur

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən iyul ayında şagirdlərin yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili sahəsinə nəzarət artırılmış, peşə təhsilinin təşkili, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra...

Ardını oxu..

Vətəndaş yazıçı

16-08-2019

Vətəndaş yazıçı

Naxçıvan ədəbi mühitinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli sənətkarlar içərisində Xalq yazıçısı Hüseyn İbrahimovun  özünəməxsus yeri var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi...

Ardını oxu..

Pensiya hüququ yaranmış 143 vətəndaşa əmək pensiya…

16-08-2019

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu iyul ayında da nəzərdə tutulmuş tapşırıqların icrasını təmin etmiş, əmək pensiyaçılarına pensiya ödənişinin vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirmişdir. Bu məqsədlə...

Ardını oxu..

Küküdə yay turizmi

15-08-2019

Küküdə yay turizmi

Naxçıvanın qızmar yay günləri davam etdikcə, qışdakı kimi gecələr isti yorğana bürünüb yatmağı arzulayanlar bunu nağıllarda yox, cəmisi birsaatlıq rahat yolla Küküyə gəlməklə tapa bilərlər. Bu mənada, Şahbuzun dilbər guşəsi...

Ardını oxu..

Geniş oxucu kütləsi üçün qiymətli mənbə

15-08-2019

Geniş oxucu kütləsi üçün  qiymətli mənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsində bu gün doğma diyarımızda alim və tədqiqatçılar, eləcə də yaradıcı insanlar üçün hərtərəfli şərait yaradılıb, müasir avadanlıqlarla təchiz olunan nəşriyyat...

Ardını oxu..
Prev Next

Federasiyaların təşkilatçılığı ilə tədbirlər keçirilir

16-08-2019

Federasiyaların təşkilatçılığı ilə tədbirlər keçirilir

“Naxçıvanı tanıyaq” devizi altında Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançılarının “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə ekskursiyası təşkil olunub. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi tədbirdə 70...

Ardını oxu..

Futbol üzrə birincilikdə növbəti turun oyunları keçirilib

15-08-2019

Futbol üzrə birincilikdə növbəti turun  oyunları keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə...

Ardını oxu..

Güləşçilərimizdən iki medal

15-08-2019

Güləşçilərimizdən iki medal

Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilən sərbəst güləş üzrə açıq kubok yarışı keçirilib. Turnirdə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92...

Ardını oxu..

Şəhər birinciliyinə yekun vurulub

10-08-2019

Şəhər birinciliyinə yekun vurulub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmə və gənc­lər arasında kadetlər arası kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası...

Ardını oxu..

Boksçularımızdan üç medal

08-08-2019

Boksçularımızdan üç medal

Türkiyə Cümhuriyyətinin İqdır şəhərində boks üzrə gecə təşkil olunub. Çempion boks gecəsində 9 türkiyəli boksçu 9 əcnəbi boksçuya qarşı rinqə çıxıb. Gecədə Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının 3 yetirməsi də...

Ardını oxu..

Gənclər üçün ekskursiya

08-08-2019

Gənclər üçün ekskursiya

12 avqust – Beynəlxalq Gənc­lər Gününün qeyd olunması, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların tarixi abidələr və muzeylərlə daha yaxından tanış olması, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədilə gənc­lərin...

Ardını oxu..

İdmanın kütləviliyinə nail olunur

07-08-2019

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən iyul ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual səviyyələrinin artırılması, dünyagörüşünün formalaşdırılması və idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür....

Ardını oxu..

Növbəti “Yay məktəbi” başa çatıb

06-08-2019

Növbəti “Yay məktəbi” başa çatıb

Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Dövlət Texniki Kolleci tələbələrinin iştirakı ilə təşkil olunan “Yay məktəbi” başa çatıb. Proqrama uyğun olaraq hər günə səhər gimnastikası ilə başlayan gənclər bu müddət ərzində “Vətəni...

Ardını oxu..

Futbol üzrə şəhər və rayon birinciliklərinə start verilib

06-08-2019

Futbol üzrə şəhər və rayon birinciliklərinə  start verilib

Naxçıvan Muxtar Respublikasının kənd­lərində futbolun inkişafı üçün əlverişli şəraitin olması, o cümlədən yeni stadionların yaradılması nəzərə alınaraq Gənclər və İdman Nazirliyinin, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə...

Ardını oxu..

Şahmatçılarımızdan daha iki medal

06-08-2019

Şahmatçılarımızdan daha iki medal

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri yeni uğura imza atıblar. 29 iyul-4 avqust tarixlərdə Türkiyə Cümhuriyyətinin Ankara şəhərində təşkil olunan Çubuk Bələdiyyəsi V beynəlxalq şahmat turnirində iştirak edən 8 və...

Ardını oxu..

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4457119
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
75
1580
75
121160
4457119

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter