13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

 

Noyabrın 10-da "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində "Ailə təsərrüfatı məhsulları" festivalı keçirilib. 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının uğurla inkişaf etdiyi bildirilib, hazırda ölkəmizlə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların aparıldığı vurğulanıb və bu sazişin gələcək əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli imkan yaradacağı qeyd olunub.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətrafında, Azərbaycanla Avropa İttifaqı arasında turizm, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 7-də “Bravo” marketlər şəbəkəsinin metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən yeni hipermarketinin açılışında iştirak ediblər.

AZƏRTAC

Noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb. 

Ali Məclisin Sədri Azərbaycanın və Rusiyanın dost ölkələr olduğunu və əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini bildirdi. Naxçıvan Muxtar Respublikası ilə Rusiya arasındakı əlaqələrin tarixinə nəzər salan Ali Məclisin Sədri qeyd etdi ki, hazırda ikitərəfli münasibətlər iqtisadi-ticarət, təhsil, hava nəqliyyatı və turizm sahələrində inkişaf etdirilir. Naxçıvan şəhərində rusdilli məktəb fəaliyyət göstərir, ali təhsil müəssisələri arasında təcrübə mübadiləsi aparılır, Naxçıvan Dövlət Universitetində rus dili ixtisası, ümumtəhsil məktəblərində isə rus dili fənni tədris olunur. 

Ali Məclisin Sədri əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırdı və səfirin fəaliyyətinin bu baxımdan səmərəli olacağına əminliyini bildirdi. 

Mixail Boçarnikov Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etdi, Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinə nəzər salaraq keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Əlaqələrin genişləndirilməsindən danışan diplomat Naxçıvana səfərinin bu mənada mühüm əhəmiyyət daşıdığını bildirdi.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərə gəliblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunda əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun açılışında iştirak edib.
Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəz­inin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər.

AZƏRTAC

Muxtar respublikada hava nəqliyyatının inkişafı diqqət mərkəzində saxlanılır, Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası gücləndirilir.

Noyabrın 2-də Naxçıvan Beynəlxalq Hava Limanına yeni maşın-mexanizmlər və xidməti avtomobillər təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov maşın-mexanizmlərə və xidməti avtomobillərə baxmışlar.
Qeyd olunmuşdur ki, Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilmiş, hava limanına 25 adda 30 yeni texnika və avtomobil alınmışdır. “Skymark” markalı yanacaqvuran, “Man” markalı yanacaqdaşıyan və yanğınsöndürən, “Mercedes” markalı xüsusi təyinatlı qartəmizləyənlər, “Schmidt” markalı yolsüpürən, “Trepel” markalı yükləyici maşınlar, təyyarə yedəkləri, yüksəldici platforma, “Trepel” markalı təyyarəçəkən, “Sherpa” markalı 4 tonluq baqajçəkmə traktorları, yükqaldıran maşınlar və digər mexanizmlər yüksək texniki göstəricilərə malikdirlər. “Mercedes Sprinter” markalı 2 mikroavtobus, “Fiat Doblo”, “Nazlifan” və “Mitsubishi” markalı minik avtomobilləri də işçi heyətin rahat hərəkətini təmin edəcəkdir.
Müasir infrastrukturun yaradılması, yeni maşın-mexanizmlərin və avtomobillərin alınması istənilən hava şəraitində xidmətin rahat və təhlükəsiz təşkilinə imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3398619
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1614
5770
18449
57786
3398619

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter