17 Dekabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini vurğulayaraq ölkələrimizin dövlət başçıları arasında müntəzəm görüşlərin əlaqələrimizin möhkəmlənməsində xüsusi rol ­oynadığını qeyd edib və bu görüşlərin ölkələrimizi bir-birinə daha da yaxın ­etdiyini bildirib.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler bildirib ki, bir millət, iki dövlət olan Türkiyə ilə Azərbaycan ortaq tarixə, mədəniyyətə malikdirlər və ölkələrimiz arasında strateji iş birliyi gündən-günə möhkəmlənməkdədir.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Rusiya Federasiyasının Jurnalistlər İttifaqının sədri Vladimir Solovyovu qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 20 noyabr tarixli Sərəncamı ilə Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə və hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində və cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştiraklarına görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının məhkəmə və ədliyyə orqanlarında çalışan əməkdaşlar da vardır.


Əliyev Alı Yusif oğlu
Kərimov Səyyub Həsən oğlu
Məmmədov Hüseyn Məmməd oğlu
Muradov Hicran Xasay oğlu

“Tərəqqi” medalı ilə,

Fərəcova Aybəniz Məhərrəm qızı
Fərzəliyev Rəşad Xaliyəddin oğlu
Nağıyev Həsən Xanəli oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” ­medalı ilə təltif edilmişlər.

   

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində davamlı tədbirlər görülür. Kənd təsərrüfatı inkişaf etdirilir, məhsul istehsalı artırılır. Bu işlərin həyata keçirilməsində meliorasiya və irriqasiya tədbirləri xüsusi yer tutur. Hazırda muxtar respublikanın torpaq ehtiyatından səmərəli istifadə olunur, mütərəqqi suvarma metodları tətbiq edilir, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır.

Noyabrın 20-də Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Məlumat verilmişdir ki, "Bərəkət toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyətinin 616 hektar əkin sahəsini əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi yerli mütəxəssislər tərəfindən qısa müddətdə və keyfiyyətlə aparılmışdır. Layihəyə uyğun olaraq ərazidə 2850 metr magistral xətt, 8300 metr ana xətt, uzunluğu 61 min 310 metr olan paylayıcı suvarma şəbəkəsi və 6300 metr suboşaldıcı xətt çəkilmiş, 594 hidrant quraşdırılmışdır. Ana xəttin dayanıqlığını artırmaq məqsədilə borunun yeri 40 santimetr qazılaraq çınqıl qatı verilmiş və yarıya qədər torpaqla doldurulmuşdur. Suyun sahəyə növbə ilə verilməsini təmin etmək üçün xətlərin üzərində 11 siyirtmə qoyulmuşdur. Tikinti işləri ərazinin relyefi nəzərə alınaraq aparılmışdır ki, bu da suyun əkin sahələrinə itkisiz və öz axını ilə çatdırılmasına imkan verəcəkdir. Qapalı suvarma şəbəkəsi saniyədə əraziyə 1100 litr su ötürmək gücünə malikdir. 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 19-da Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
Dövlətimizin başçısı həmin gün Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub.
Prezident İlham Əliyevin noyabrın 19-da Minskdə rəsmi qarşılanma mərasimi olub.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.
Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. Sonra hər iki ölkənin prezidenti mətbuata birgə bəyanatlarla çıxış ediblər.

AZƏRTAC

Ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar müstəqil Azərbaycanın əsas inkişaf istiqamətlərini müəyyənləşdirdi. Ulu öndərin rəhbərliyi ilə üçrəngli bayrağımızın Naxçıvanda qaldırılması, muxtar respublikanın adının dəyişdirilməsi, ordu quruculuğuna və iqtisadi islahatlara başlanılması müstəqil dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edir. Həmin dövrdə muxtar respublikada təbiətin qorunması istiqamətində də tədbirlər görülmüş, iməciliklər keçirilmiş, yaşıllıqlar salınmışdır. Bu gün dahi şəxsiyyətin ideyaları muxtar respublikada uğurla reallaşdırılır, bütün sahələrdə olduğu kimi, ətraf mühitin qorunması istiqamətində də ardıcıl tədbirlər görülür. Bu ilin payız əkini dövründə muxtar respublikada 300 hektardan artıq sahədə meyvə bağları və yaşıllıq zolaqları salınacaqdır. 

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3419353
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4254
4892
4254
78520
3419353

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter