17 Dekabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Noyabrın 26-da Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilmişdir.
Forum iştirakçıları ümummili liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər. Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanışlıqdan sonra xatirə şəkli çəkdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov forumun açılışında iştirak etmişdir.
Ali Məclisin Sədri Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunun bütün iştirakçılarını salamlamış, forumun işinə uğurlar arzulamış, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Dövlət üçün, xalq üçün gənclik hər şeydən qiymətlidir. Gənclərin sağlam böyüməsi, yaxşı təhsil alması hər bir millətin, xalqın ən dəyərli sərvətidir. Çünki gənclər xalqın gələcəyidir”,– fikrini xatırladaraq demişdir: Azərbaycanın Naxçıvan Muxtar Respublikasında əhalinin 141 min nəfəri və ya 30 faizdən çoxu gənclərdir. Hər bir gənc ölkəsi və xalqı üçün o zaman yararlı vətəndaşa çevrilir ki, mükəmməl təhsil alsın və peşə sahibi olsun. Muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Bu gün muxtar respublikada Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, 3 ali, 3 orta ixtisas və 5 peşə, 215 ümumtəhsil məktəbi, 26 uşaq musiqi məktəbi fəaliyyət göstərir. Hazırda ali təhsil müəssisələrinin bakalavr və magistratura təhsil səviyyəsində 154 ixtisas üzrə, orta ixtisas məktəblərində 27 ixtisas üzrə tələbə, peşə məktəblərində isə 20 ixtisas üzrə müdavimlər təhsil alır. Ali və orta ixtisas məktəblərindəki ixtisaslar müvafiq dövlət orqanlarının hamiliyindədir ki, bu da gənclərin peşəkar kadr kimi yetişməsinə öz töhfəsini verir. Muxtar respublikada gənclərin təhsili ilə yanaşı, onların işlə təminatı da əsas məsələlər sırasındadır. İstər dövlət idarəçiliyində, istərsə də ictimai və təsərrüfat fəaliyyətinin digər sahələrində gənclərə böyük etimad göstərilir. Ölkəmizin inkişafında, müstəqil dövlətimizin möhkəmlənməsində və müdafiəsində gənc kadrların potensialından geniş istifadə olunur.

Ardını oxu...

Noyabrın 24-də Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 15 təcili tibbi yardım avtomobili təqdim olunmuşdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. 

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov çıxış edərək demişdir ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması əhalinin bütün təbəqələrinin sağlamlığının qorunması işində əsaslı dönüş yaratmışdır. İnfrastrukturun yenilənməsi, səhiyyə tibbi-informasiya sisteminin yaradılması, icbari tibbi sığortanın tətbiqi əhalinin sağlamlığının etibarlı təminatına səbəb olub. Bu gün yeni təcili tibbi yardım avtomobillərinin təqdimatı da muxtar respublikada səhiyyənin inkişafı sahəsində görülən işlərin davamıdır. Niyazi Novruzov muxtar respublikanın səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, əhalinin sağlamlığının qorunması sahəsində məsuliyyətlə çalışacaqlarına söz vermişdir.  

Ardını oxu...

Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mətbuata birgə bəyanatla çıxış ediblər.
Noyabrın 22-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri noyabrın 22-də başa çatıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gəlib.
Prezident İlham Əliyevi Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək vəzifəli şəxslər qarşılayıblar.
Dövlətimizin başçısı noyabrın 21-də Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib.
Prezident İlham Əliyev “Əbədi şöhrət” abidəsinin önünə əklil qoyub.
Sonra dövlətimizin başçısı “Vətən müqəddəsliyi” muzeyi ilə tanış olub.
Prezident İlham Əliyev 1881-ci ildə baş vermiş Göytəpə döyüşlərinin instalyasiyasına baxıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub.
Dövlətimizin başçısı həmin gün Aşqabadda Türkmən milli xalça muzeyi ilə də tanış olub.

AZƏRTAC

Şərur rayonunun Kosacan kəndi müasir yaşayış məntəqəsinə çevrilib

1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycanın siyasi və dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Xalqın və zamanın tələbi ilə yaranan Yeni Azərbaycan Partiyası ulu öndərin rəhbərliyi ilə Azərbaycanı xaos, parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edərək müstəqil dövlətçilik və davamlı inkişaf  mərhələsinə çıxarıb. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri və həyata keçirilən sosial-iqtisadi islahatlar Yeni Azərbaycan Partiyasının təməlində duran inkişaf, sabitlik və yüksək rifah prinsiplərinin bəhrələridir.

 Noyabrın 21-də - Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümündə Şərur rayonunun Kosacan kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Kosacan kənd tam orta məktəb binası istifadəyə verilmişdir

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3418951
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3852
4892
3852
78118
3418951

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter