20 İyun 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Martın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikaya yeni alınıb gətirilmiş kommunal təyinatlı avtomobillərə və yol-tikinti texnikalarına baxmışdır.
Bildirilmişdir ki, Naxçıvan şəhərində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması, şəhərin təmiz saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, cari ildə “Mercedes” markalı 1 ədəd qarkürüyən və qumsəpən, 2 ədəd yoltəmizləyən və 3 ədəd tullantıdaşıyan maşın alınaraq muxtar respublikaya gətirilmişdir.

Ardını oxu...

Martın 18-də Bakıda “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq Konfrans işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev konfransda nitq söylədi.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Gürcüstanın xarici işlər naziri xanım Maya Pancikidzeni qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin intensiv xarakter daşıdığı qeyd olundu, beynəlxalq və regional əməkdaşlığın önəmi vurğulandı, “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Bakıda təşkil olunan Beynəlxalq Konfransın əhəmiyyəti yüksək qiymətləndirildi.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanı, Mərakeş Krallığının daxili işlər naziri Mohaned Lanseri, Asiya İnkişaf Bankının vitse-prezidenti Ksiao Jaonu da qəbul etmişdir.

AzərTAc

Martın 18-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmişdir.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının sədri Əhməd Əhmədov, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Vəli Ələsgərov, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov, Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədli və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Cavid Səfərov muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı sahəsində görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumat vermişlər.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 18 mart tarixli Sərəncamı ilə xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə və miqrasiya orqanlarında səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı da vardır.

“Miqrasiya orqanlarında qulluqda
fərqlənməyə görə” medalı ilə:

Mehdiyev Əli Mehdi oğlu

“Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 fevral tarixli 579-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişik­liklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 fevral tarixli 579-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2013-cü il

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2608157
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4517
4555
13842
100943
2608157

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter