17 Dekabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 5 dekabr tarixli sərəncamları ilə Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları da vardır.

Qasımov İsa Vəli oğlu

“Tərəqqi” medalı ilə,

Naibov Vidadi Vaqif oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” ­medalı ilə,

Rüstəmov Rəşad Keykavuz oğlu

“Əməkdar mühəndis” fəxri adı ilə təltif edilmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo ­Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2018” ilə tanış olublar.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskovu qəbul edib.
Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən rabitə və kütləvi kommunikasiyalar sahəsində uğurla inkişaf etdiyi bildirilib və Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirinin səfərinin əlaqələrimizin möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Görüşdə iki ölkənin müvafiq qurumları arasında kiber təhlükəsizlik sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi, gələcəkdə qonşu ölkələrlə birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 30 noyabr 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: Naxçıvanda aparılan işlər çox yüksək qiymətə layiqdir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin ”.

Bu gün Naxçıvan Muxtar Respublikasında aparılan geniş quruculuq işləri ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Yaşayış məntəqələrində həyata keçirilən tədbirlər həm də əhalinin rifah halının yaxşılaşmasına göstərilən qayğının və insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Bu il Culfa rayonunun Qazançı kəndində də müasir infrastruktur yaradılmış, kənd muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olmuşdur.

 Qazançı kənd tam orta məktəbinin binası istifadəyə verilmişdir

Noyabrın 30-da Qazançı kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. 

Qazançı kənd tam orta məktəbinin direktoru Gültəkin Əliyeva çıxış edərək demişdir ki,muxtar respublikanın tarixiliyi saxlanılmaqla bütün şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır. Bu gün müasir tədrisin tələblərinə uyğun qurulmuş Qazançı kənd tam orta məktəbi müəllim və şagirdlərin istifadəsinə verilir. Məktəbin son beş ildə nəticələri uğurlu olmuş, 26 məzun ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Yeni məktəb binasında yaradılan müasir şərait tədrisin daha yüksək səviyyədə təşkilinə imkan verəcəkdir. Gültəkin Əliyeva kənd sakinləri və pedaqoji kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, gənc nəslin layiqli vətəndaş kimi yetişməsində bilik və bacarıqlarını əsirgəməyəcəklərini bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qazançı kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Ölkəmizdə bütün sahələrlə yanaşı, məktəb işi də diqqət mərkəzindədir. Şagirdlərin ölkəmizin gələcəyinə hazırlanması sahəsində tədbirlər görülür, yeni məktəb binaları tikilir, maddi-texniki baza gücləndirilir, tədris prosesində yeni texnologiyalar tətbiq olunur. Məktəb işi sadəcə şagirdlərə təhsil verməkdən ibarət deyil. Məktəb hər bir ölkənin gələcəyini hazırlayır. Sağlam gələcək hazırlamaq üçünsə, məktəbdə lazımi şərait yaradılmalı, müəllimlər gəncləri əsl vətəndaş kimi yetişdirməlidirlər.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3419395
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4296
4892
4296
78562
3419395

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter