17 Oktyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmişdir 

I. Giriş

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən uğurlu islahatlar iqtisadiyyatın bütün sahələrinin dayanıqlı inkişafını təmin etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaratmış, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açmışdır. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada 6364 yeni iş yeri açılmış, əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi üzrə təhlillər aparılmış, 5537 işaxtaran müəssisələrdə mövcud olan vakansiyalar üzrə işlə təmin edilmiş, 627 nəfər ictimai işlərə göndərilmiş, əmək bazarının tələbinə uyğun olaraq işaxtaranlar üçün təşkil olunan peşə kurslarına 7595 nəfər cəlb edilmişdir. Sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu da diqqətdə saxlanılmış, 158 nəfər kvota yerlərinə, sağlamlıq imkanları məhdud 171 nəfər münasib işlərə göndərilmiş, məhdud fiziki imkanlı 161 nəfər peşə kurslarına cəlb edilmişdir. Qadınların özünüməşğulluğunu təmin etmək üçün bir sıra sosial layihələr həyata keçirilmişdir. İşçilərin əmək hüquqlarının təmin edilməsi və əməyin mühafizəsi üzrə zəruri tədbirlər görülmüş, peşə kursları, ictimai işlər, habelə vakansiyalar barədə işaxtaranlar məlumatlandırılmışdır. Yeni iş yerlərinin yaradılması üçün sahibkarlığın inkişafına dövlət dəstəyi davam etdirilmiş, bu məqsədlə 82 milyon 286 min manat güzəştli şərtlərlə kreditlər verilmişdir. Qeyd olunan dövrdə əhalinin gəlirləri 3,5 faiz artmışdır.

Muxtar respublikada əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə hazırlanan yeni proqram müasir iqtisadi reallıqlar nəzərə alınmaqla əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılması və işaxtaranların sosial müdafiəsi üçün yeni imkanlar yaradacaqdır.

II. Proqramın məqsədi

Proqramın məqsədi aşağıdakılardan ibarətdir:
-əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən tədbirlərin davamlılığının təmin edilməsi;
-əmək ehtiyatlarının əmək bazarına uyğun formalaşdırılması;
-işaxtaranlar üçün özünüməşğulluq imkanlarının artırılması;
-əmək bazarında tələb və təklifin real vəziyyətinin qiymətləndirilməsi üçün təhlillərin aparılması;
-peşə hazırlığının əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması;
-işaxtaranların, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi.

III. Gözlənilən nəticələr

Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:
-işaxtaranların sosial müdafiəsinin gücləndirilməsi;
-işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şəraitin yaradılması;
-işaxtaranların özünüməşğulluğunun təmin edilməsi;
-əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkili.

IV. Dövlət Proqramının maliyyələşdirilməsi

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər dövlət büdcəsinin vəsaitləri, o cümlədən qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. 

V. Proqramın həyata keçirilməsi üzrə
TƏDBİRLƏR PLANI

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4719385
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14253
13707
27960
254445
4719385

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter