23 Fevral 2017, Cümə axşamı

ARXİV

Fevral 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmişdir 

I. Giriş

Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar təhsil infrastrukturunun yenilənməsi, kadr potensialının təkmilləşməsi və hər bir təhsil alan şəxsin layiqli vətəndaş kimi cəmiyyətə inteqrasiyası üçün əlverişli şərait yaradır. Bu istiqamətdə həyata keçirilən tədbirlər sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunmasında mühüm əhəmiyyət daşıyır.
“2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası nəticəsində onların təhsilə cəlbi sistemli xarakter almış, inklüziv təhsil üçün əsaslı zəmin hazır­lanmışdır. Proqramın icrasından ötən dövr ərzində sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülmüşdür. Sağlamlıq imkanları məhdud 124 uşaq məktəbəqədər, 140 uşaq ümumtəhsil müəssisələrinin 1-ci siniflərinə, 417 uşaq isə musiqi məktəblərinə, məktəbdənkənar təhsil müəssisələrinə və idman qruplarına cəlb edilmişdir. Hazırda müvafiq kateqoriyalı 52 uşaq məktəbəqədər müəssisələrdə, 825 uşaq ümumtəhsil məktəblərində təhsil alır. Hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil müəssisələrinə gedə bilməyən uşaqlar üçün Distant Tədris Mərkəzi yaradılmış, 23 uşaq distant dərslərə cəlb edilmişdir. Bununla yanaşı, audio və elektron kitabxana xidmətləri yaradılmış, eşitmə qabiliyyəti məhdud uşaqlar üçün distant dərslər, görmə qabiliyyəti məhdud şəxslərə brayl kurslar təşkil edilmişdir. Nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlamış, multisensorlu, kinekt və əmək terapiyası xidmətləri yaradılmışdır. Bu kateqoriyadan olan uşaqlarla təlim-tərbiyənin təşkili, evdə davranış və ünsiyyət qurma bacarıqlarının inkişaf etdirilməsinə dair valideynlərə məsləhət xidmətləri də göstərilmişdir. Həmçinin görmə qabiliyyəti məhdud şəxslər üçün aylıq brayl jurnalının nəşrinə başlanmışdır. Həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini vermiş, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin təməli qoyulmuşdur.

Məhdud fiziki imkanlı uşaqların sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, onların təlimində mütərəqqi üsulların tətbiqi, bu istiqamətdə kadr hazırlığının gücləndirilməsi yeni proqramın qəbul olunmasını şərtləndirir. Proqramın icrası sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına, onların təhsilində müasir üsulların tətbiqinə stimul verəcək, müvafiq pedaqoji kadrların hazırlanmasına şərait yaradacaq, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin davamlılığını təmin edəcək, inklüziv və məsafədən (distant) təhsil imkanlarını artıracaqdır.

II. Proqramın məqsədi

Proqramın məqsədi aşağıdakılardır:
-sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması;
-inklüziv təhsilə keçid imkanlarının artırılması;
-məsafədən (distant) təhsilin əhatə dairəsinin genişləndirilməsi;
-sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi;
-sağlamlıq imkanları məhdud uşaqların müasir informasiya texnologiyalarından istifadə imkanlarının artırılması;
-sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı müvafiq pedaqoji kadrların hazırlanması.

III. Gözlənilən nəticələr

Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:
-sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin davamlılığının təmin edilməsi;
-inklüziv və məsafədən (distant) təhsil imkanlarının artırılması;
-bu sahədə müvafiq pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi;
-sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inte­qrasiyası.

IV. Dövlət Proqramının maliyyələşdirilməsi

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər dövlət büdcəsinin vəsaitləri, o cümlədən qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

 

V. Proqramın həyata keçirilməsi üzrə
TƏDBİRLƏR PLANI

   

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

1071182
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1048
10889
28556
234226
1071182

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter