21 Sentyabr 2021, Çərşənbə axşamı

Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda səhiyyənin inkişafı dövlət siyasətinin əsas prioritetidir. Müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəltmişdir. Muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edən və vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində görülən işlər insan amilinə verilən dəyərin ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksək səviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir”.

İyulun 2-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yoluxucu mərkəz kimi fəaliyyət göstərəcək modul tipli xəstəxanası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 186 çarpayılıq modul tipli xəstəxana 3 əsas korpus və 4 yardımçı binadan ibarətdir. Əsas korpuslarda 83 palata, reanimasiya bölməsi, 16 yerlik yeməkxana, camaşırxana, inzibati və digər yardımçı otaqlar yerləşir.
Xəstəxana digital rentgen-stasionar, ultrasəslə müayinə cihazı-stasionar rəngli doppler, EKQ-portativ, 2 neqatoskop, 2 stasionar və portativ süni tənəffüs aparatı, 5 kardiomonitor, kapnoqraf, 10 infuzomat,10 inyeksiyamat, 10 pulsoksimetr, 4 elektrosorucu-stasionar, 30 tibbi ştativ, qan qazı analizatoru və digər zəruri tibbi avadanlıqlarla təchiz olunmuşdur. Yardımçı binalarda konteyner tipli mobil oksigen generasiya sistemi, oksigen balonları üçün anbar, bakterioloji filtirli hava qurğusu və qazanxana quraşdırılmışdır.
Kompleks mərkəzləşdirilmiş havalandırma və istilik sistemi ilə təchiz olunmuşdur.
Ali Məclisin Sədri tibbi xidmətin təşkili və ərazidə yaşıllıqların artırılması barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR