10 Aprel 2020, Cümə

 

Bu gün muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası gücləndirilir.
Martın 4-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.


Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayev Ali Məclisin Sədrinə raport vermişdir.
Sonra avadanlıqlara baxış olmuşdur. Məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Rusiya və Almaniya istehsalı olan 7 yanğınsöndürən avtomobil, eyni zamanda 2 xidməti minik avtomobili gətirilmişdir. Yanğınsöndürmə avtomobilləri 3500 litr köpükəmələgətirən maye ilə təchiz edilmişdir. Nazirliyə fərdi tənəffüs vasitələri, sınaq avadanlığı, yanğın nərdivanları, yanğınsöndürən və xilasedicilər üçün xüsusi geyim formaları və digər texniki vasitələr olmaqla 63 adda müxtəlif təyinatlı avadanlıqlar, eləcə də tibbi çadır verilmişdir.


Tibbi çadır fəlakət ocaqlarında xəsarət alan insanlara ilk tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulmuş və lazımi şəraitlə təmin olunmuşdur.
Ali Məclisin Sədri avtomobil və avadanlıqlardan təyinatı üzrə düzgün istifadə olunması barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

 

 

 

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR