17 Yanvar 2020, Cümə

Dekabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi qəbul edib.

 Ali Məclisin Sədri qonağı salamlayıb və onu Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Macarıstan respublikası arasında iqtisadi, təhsil və turizm sahələrində qarşılıqlı əlaqələrin inkişafı üçün imkanların olduğunu diqqətə çatdırıb. Səfir Viktor Szederkenyinin səfərinin bu baxımdan səmərəli olacağına əminliyini ifadə edib.

Səmimi qəbula görə minnətdarlıq edən səfir Viktor Szederkenyi Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini qeyd edib, bu sahədə səylərin artırılacağını vurğulayıb. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə diqqəti çəkən qonaq Naxçıvan Muxtar Respublikasının inkişafını əməkdaşlıqda vacib amil kimi dəyərləndirib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR