12 Avqust 2020, Çərşənbə

Dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə ­keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir ki, muxtar respublikada səhiyyə müəssisələrinin yenidən qurulması, müasir tibbi avadanlıqların alınması və kadr hazırlığı sahəsində görülən işlər öz nəticəsini vermişdir. Səhiyyənin inkişafı sahəsində görülən işlər muxtar respublikada icbari tibbi sığortanın tətbiq olunmasına imkan verir. İxtisaslı tibbi heyətin formalaşması nəticəsində Ordubad rayonunda icbari tibbi sığorta uğurla tətbiq olunacaqdır.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini­-maliyyə naziri Səbuhi Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov aidiyyəti üzrə məlumat vermişlər.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən muxtar respublikada icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərin nəzarətdə saxlanılması, bu sahədəki yeniliklərin öyrənilərək tətbiq edilməsi, Culfa və Babək rayonlarında icbari tibbi sığortanın tətbiqi sahəsində işlərin başa çatdırılması barədə aid qurumlara müvafiq tapşırıqlar vermişdir.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov icbari tibbi sığortanın tətbiqi və səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə görə rayon sakinləri adından Ali Məclisin Sədrinə ­minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR