10 Dekabr 2019, Çərşənbə axşamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib ki, bizim siyasi qarşılıqlı fəaliyyətimizin səviyyəsi çox yüksəkdir. Demək olar ki, dövlət başçılarının, digər rəsmi şəxslərin müntəzəm səfərləri, ticari-iqtisadi sahədə yaxşı irəliləmələr, birgə layihələr, birgə istehsal, təhlükəsizlik sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq mövcuddur. Belə ki, münasibətlərimiz dərin məzmunla zəngindir və nəticəyə yönəlib. Bir də demək istərdim, münasibətlərimizin fərqli xüsusiyyəti ondadır ki, biz qərar qəbul edirik, qərarların həlli yollarını müəyyənləşdiririk və nəticəsini görürük. Düşünürəm ki, bu müsbət dinamika gələcəkdə də saxlanılacaq, münasibətlər uğurla inkişaf etdiriləcək, ölkələrimizə və xalqlarımıza fayda gətirəcək.
Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas səmimi görüşə görə minnətdarlığını bildirib.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR