25 Avqust 2019, Bazar

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Naxçıvana yeni təyin olunmuş Baş konsulu Seyid Əhməd Hüseynini qəbul edib.

Ali Məclisin Sədri muxtar respublikada Baş konsul kimi fəaliyyətə başlaması və Qurban bayramı münasibətilə Seyid Əhməd Hüseynini təbrik etmiş, dost və qonşu ölkələr olan Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrin  nümunə gücündə olduğunu bildirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında da əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və ehtirama əsaslandığını vurğulamışdır.

Ali Məclisin Sədri təcrübəli diplomatın muxtar respublikaya Baş konsul təyin olunmasını İran İslam Respublikasının Azərbaycana və onun Naxçıvan Muxtar Respublikasına verdiyi əhəmiyyətin daha bir ifadəsi kimi dəyərləndirmiş, Seyid Əhməd Hüseyniyə fəaliyyətində uğurlar arzulamışdır.

Səmimi qəbula görə minnətdarlıq edən Seyid Əhməd Hüseyni Qurban bayramı münasibətilə təbriklərini çatdırmış, müqəddəs gündə Naxçıvanda diplomatik fəaliyyətə başlamağından məmnunluğunu ifadə etmişdir. İran İslam Respublikasının Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdıran Baş konsul mövcud əməkdaşlığın daha da genişləndirilməsində səylərin artırılacağını bildirmiş və etimadnaməsini Ali Məclisin Sədrinə təqdim etmişdir.

 Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4496003
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5744
6952
38959
160044
4496003

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter