07 Dekabr 2019, Şənbə

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – Maliyyə naziri Səbuhi Məmmədov çıxış edərək bildirib ki, son illər muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirlərinin həcmi xeyli genişləndirilib, yaşayış məntəqələri müasirliyə, gözəlliyə qovuşub. Bu abadlığın və səliqə­-sahmanın qorunması qarşıda duran başlıca vəzifələrdəndir. Ona görə də muxtar respublikada kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür, yeni texnika və avtomobillər alınıb təqdim olunur.

Tədbirdə Babək rayonunun Nehrəm və Cəhri kənd inzibati ərazi dairələri üzrə nümayəndəlik və bələdiyyələrinə, Sədərək rayonunun Heydər­abad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə xidməti istifadə üçün “NAZ-Lifan” markalı yeni minik avtomobilləri təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – Maliyyə naziri Səbuhi Məmmədov bununla bağlı bildirib ki, muxtar respublikada dövlət qurumlarının fəaliyyəti üçün lazımi şərait yaradılır, yeni inzibati binalar tikilirək istifadəyə verilir, onların maddi-texniki bazası möhkəmləndirilir. Bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəltməkdir. Bu gün 4 dövlət qurumuna xidməti avtomobillərin verilməsi də bu istiqamətdə görülən işlərin davamıdır.
Səbuhi Məmmədov yeni xidməti avtomobillərin idarəetmədə işin keyfiyyətini yüksəldəcəyinə inamını ifadə edib, bu sahədə çalışan kollektivlərə uğurlar ­arzulayıb.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən kommunal müəssisələrin, bələdiyyələrin, yerli icra orqanlarının maddi­-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır. 2017-ci ilin əvvəlindən etibarən kənd yaşayış məntəqələrində məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin bələdiyyələr tərəfindən həyata keçirilməsinə başlanılıb və bu layihə uğurla davam etdirilir. Yeni məişət tullantıları konteynerlərinin təqdim olunması da bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Qeyd edək ki, gətirilən 200 ədədi 1 kubmetr, 300 ədədi isə 0,4 kubmetr tutuma malik olan, ümumilikdə, 500 yeni konteynerdən 40-ı Naxçıvan Şəhər ­Sanitar-Təmizlik İdarəsinə, qalanları isə muxtar respublikanın bütün rayon inzibati ərazi dairələri əhatə olunmaqla yerlərdə fəaliyyət göstərən Kommunal Müəssisələr kombinatları və bələdiyyələrə verilib.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR