10 Dekabr 2019, Çərşənbə axşamı

Naxçıvan şəhərində inşa olunan Naxçıvan Əlahiddə Ümumqoşun Ordu üçün Mərkəzi Hərbi Xəstəxanada işlər sürətlə və keyfiyyətlə davam etdirilir. 2011-ci ilin mart ayından inşasına başlanılan hərbi xəstəxana, ümumilikdə, 4092 kvadratmetr ərazidə inşa edilib. Xəstəxana zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir və hər mərtəbədə 5 bölmə və müxtəlif şöbələr fəaliyyət göstərəcək. Binada, ümumilikdə, 250-yə yaxın otaq olacaq.
398 çarpayılıq hərbi xəstəxananın dam örtüyü vurulub, bütün mərtəbələrdə kommunikasiya və elektrik xətlərinin çəkilişi başa çatıb. Xəstəxananın havalandırma sistemi quraşdırılıb, qapı və pəncərələr salınıb, istilik sistemi, su-kanalizasiya xətləri çəkilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR