15 Noyabr 2019, Cümə

Yeni istifadəyə verilən binada Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Heydərabad bələdiyyəsi və Sədərək rayon Gigiyena və Epidemiologiya Mərkəzi üçün iş otaqları ayrılmış, xidmət mərkəzi fəaliyyətə başlamışdır.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət qurumları və xidmət mərkəzi üçün yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün 4 iş otağı ayrılmış, kitabxana və iclas zalı istifadəyə verilmişdir. Minə yaxın bədii ədəbiyyatla təmin olunmuş kitabxanada oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılmışdır.

Sədərək Rayon Gigiyena və Epidemiologiya Mərkəzi 5 otaq, bakterioloji laboratoriya və anbardan ibarətdir. Mərkəz lazımi avadanlıqlarla təmin olunmuş, fəaliyyətin təşkili üçün hərtərəfli şərait yaradılmışdır.
Kollektiv adından minnətdarlıq edən Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Yusif Zeynalov əvvəllər lazımi şəraiti olmayan binada fəaliyyət göstərdiklərini qeyd etmiş, yaradılan şəraitin məsuliyyətlərini daha da artırdığını bildirmişdir.
Ali Məclisin Sədri torpaqlardan səmərəli istifadə olunması, sərhəd bölgəsində gigiyena və epidemioloji tədbirlərin, xüsusilə dezinfeksiya işlərinin diqqətdə saxlanılması barədə tapşırıqlar vermişdir.
Xidmət mərkəzində ərzaq mağazası, bərbərxana və gözəllik salonu, pinəçi dükanı, dərzi fəaliyyət göstərəcəkdir. Bütün xidmət sahələri lazımi avadanlıqlarla təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR