20 İyul 2019, Şənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Ölkəmizin və xalqımızın bugünkü xoş və firavan həyatı Milli Qurtuluşun bəhrələridir.
İyunun 14-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Milli Qurtuluş Gününə və ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə həsr edilmiş konserti olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov konsertə baxmışdır.

Konsertdən əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri misilsiz və əvəzsizdir. Ulu öndərin 1969-cu il iyulun 14-də ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın inkişaf və tərəqqi, 1993-cü il iyunun 15-də xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı isə Milli Qurtuluş tarixinə çevrilmişdir. 15 iyun və 14 iyul tarixləri Azəbaycan xalqının həyatında xilaskarlıq və dönüş günləridir. Qara Qarayev adına Azərbaycan Kamera Orkestrinin bugünkü konserti də əlamətdar tarixi günlərə - 15 iyun Milli Qurtuluş Gününə və ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə həsr olunmuşdur.
Natəvan Qədimova orkestrin dirijoru, Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlova və rəhbərlik etdiyi kollektivə dəvəti qəbul edib Naxçıvana gəldiklərinə görə təşəkkürünü bildirmişdir.
Sonra konsert başlamışdır.
Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva, Əməkdar artistlər Anar Şuşalı, Gülyanaq Fərzəliyeva və Tural Nəcəfov görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, eləcə də Aqşin Əlizadənin, Nazim Quliyevin, dünya bəstəkarlarından Jorj Bizenin, Ernesto de Kurtisin əsərlərini, xalq mahnılarını məharətlə ifa etmişlər. Konsert alqışlarla ­qarşılanmışdır.
Ali Məclisin Sədri konsertdən sonra orkestrin üzvləri ilə görüşmüş, onları Milli Qurtuluş Günü və uğurlu konsert münasibətilə təbrik etmişdir.
Orkestrin dirijoru, Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlov və Xalq artisti Fidan Hacıyeva Ali Məclisin Sədrinə bayram təbriklərini çatdırmış, onlara göstərilən diqqətə görə minnətdarlıq ­etmişlər.
Sonra Ali Məclisin Sədri orkestrinin üzvləri ilə xatirə şəkli çəkdirmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4278580
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1545
5856
31745
109938
4278580

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter