22 İyul 2019, Bazar ertəsi

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Mayın 9-da Naxçıvan şəhərindəki Xatirə kompleksində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İkinci Dünya müharibəsi veteranları ilə görüşmüş, onları faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə təbrik etmişdir.
Sonra Ali Məclisin Sədri abidənin önünə gül dəstəsi qoymuş, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsini ehtiramla yad etmişdir.
Mərasim iştirakçıları və ictimaiyyətin nümayəndələri də abidə önünə gül dəstələri düzmüşlər.
Naxçıvan Hərbi Qarnizonunun nümunəvi Hərbi Orkestrinin ifasında marşlar səslənmişdir.

Faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük xidmətləri olmuşdur. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları xalqımıza xas qəhrəmanlıq, hərbi şücaət və qəhrəmanlıq nümunəsi göstərmişlər. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirmiş, faşizm üzərində qələbəyə mühüm töhfə vermişdir. Müharibənin başlandığı ilk gündən səfərbərlik elan olunmuş, on minlərlə azərbaycanlı döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə vermişdir. Müharibə illərində 700 minə yaxın azərbaycanlı cəbhəyə yollanmış, onların 450 mini və ya 65 faizi orden və medallarla təltif olunmuş, 130 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Muxtar respublikamızın əhalisi də alman faşizmi üzərində qələbənin qazanılmasında böyük qəhrəmanlıqlar göstərmişlər. Ön cəbhəyə yola salınan 30 min igid oğul və qızımızdan 15 mini müharibədə həlak olmuşdur. 3 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, 1 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 600 nəfər isə müxtəlif orden və medallarla təltif edilmişdir.
Azərbaycan xalqı arxa cəbhədə də ordunun ehtiyacını ödəmək üçün qüvvələri səfərbərliyə almışdır. Böyük qələbənin əldə edilməsində Azərbaycan nefti xüsusi rol oynamışdır. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 80 faizi Azərbaycanda hasil edilirdi. Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin böyük əksəriyyəti Azərbaycan nefti hesabına hərəkətə gətirilirdi. Görkəmli akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illərdə neft-kimyası sahəsində ixtiraları bu baxımdan xüsusilə qeyd edilməlidir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev faşizm üzərində qələbənin qazanılmasında xidməti olan insanlara daim diqqət göstərmiş, 1941-1945-ci illər müharibə veteranlarını “Azərbaycan xalqının qızıl fondu” adlandırmışdır. Ulu öndərimiz Naxçıvan Muxtar Respublikasının rəhbəri olarkən muxtar respublikada bu bayram geniş qeyd olunmuş, ulu öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə 9 May respublikamızda Qələbə Günü kimi rəsmiləşdirilmiş, dövlət bayramları sırasına daxil edilmiş, müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirilmişdir.
Bu gün ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir. Ölkə başçısının “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2019-cu il 23 aprel tarixli Sərəncamı müharibə veteranlarına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
İkinci Dünya Müharibəsində şərəfli döyüş yolu keçmiş həmyerlilərimizin tarixi şücaətləri gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Müharibə iştirakçılarına daim yüksək diqqət və qayğı göstərən ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Hər bir gənc veteranlarımızın qəhrəmanlıq nümunələrindən, əmək fədakarlığından özü üçün nümunə götürməlidir. O qəhrəmanlıq nümunələri bugünkü nəslimiz, gələcək nəsillər üçün örnək, məktəb, təcrübə mənbəyi olmalıdır”.
Müharibə veteranları daim qayğı ilə əhatə olunduqlarını bildirmiş, göstərilən diqqətə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişlər.
Həmin gün muxtar respublikasının rayon mərkəzlərində də faşizm üzərində qələbənin 74-cü ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4291194
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3715
5297
3715
122552
4291194

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter