07 Dekabr 2019, Şənbə

Bu gün Naxçıvan şəhərindəki ­İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda “Naxçıvan Open” Beynəlxalq turnirinə start veriləcək.
Dünən kompleksdə hakim və məşqçi-müəllimlər üçün texniki-taktiki seminar keçiri­lib. Azərbaycan Milli Karate Federasiyasının Hakimlər Kollegiyasının sədri Cahangir Babayev seminar iştirakçılarına uğurlar arzu­layaraq yarışlarda və milli komandanın heyətinə üzvlərin seçilməsində hakimlərin işinin əhəmiyyətindən, həmçinin onların bilik səviyyələrinin artırılmasından, nəzərdə tutulan gələcək planlardan danışıb. Eyni zamanda qaydalardakı dəyişik­lik və yeniliklər hakimlərin diqqətinə çatdırılıb.
Qeyd edək ki, seminarda respublikanın müxtəlif bölgələrindən olan hakimlər və məşqçilərlə yanaşı, turnirdə iştirak edəcək ölkələrin ­hakimləri də iştirak ediblər.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR