23 Aprel 2019, Çərşənbə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.
Ali Məclisin Sədri səfiri yenidən Naxçıvanda görməkdən məmnunluğunu bildirib, ötən il İndoneziya nümayəndə heyətinin “Naxçıvan İslam Mədəniyyətinin Paytaxı 2018” tədbirlərində iştirakına görə təşəkkür edib. Həyata keçirilən səfərlərin əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan Ali Məclisin Sədri Azərbaycan-İndoneziya əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini və iqtisadi-ticarət əlaqələrinin genişləndiyini bildirib.
Ali Məclisin Sədri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının rolunu diqqətə çatdırıb, mövcud imkanların təhsil və turizm əlaqələrinin inkişafına zəmin yaratdığını vurğulayıb.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edən Hüsnan Bəy Fanani muxtar respublikada olmaqdan şərəf duyduğunu qeyd edib. Nuhun vətəni Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsini və “Əshabi-Kəhf”in burada yerləşməsini muxtar respublikaya səfər edən İndoneziya nümayəndə heyətində dərin təəssürat yaratdığını deyən qonaq ölkəsində Naxçıvana böyük maraq olduğunu bildirib. Səfir muxtar respublika ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini və əməkdaşlıq üçün hazır olduqlarını diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3885009
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2075
4106
6181
75400
3885009

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter