27 Yanvar 2020, Bazar ertəsi

Amerika Birləşmiş Ştatlarından gələn mütəxəssislər Jack Morrisin və İan Bernetinin iştirakı ilə “Naxçıvan” Universitetində “Təhsildə keyfiyyətə nəzarət sistemlərinin inkişaf etdirilməsi” mövzusunda keçirilən treninq maraqla qarşılanıb.
Ali təhsil ocağının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli çıxış edərək treninqin keçirilməsində məqsədin keyfiyyətə nəzarət mexanizminin və mərkəzlərinin yaradılması, həmçinin inkişaf etdirilməsi yolları barədə müasir metodların tətbiqi üsullarının öyrənilməsidir. Həmçinin universitet heyətinin şöbə və onun funksiyası haqqında məlumatlandırılması, onlayn platformanın yaradılması da qarşıya qoyulan əsas məqsədlərdəndir.
Vurğulanıb ki, universitetin Boloniya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar Almaniyanın, ABŞ-ın, Türkiyənin və digər ölkələrin qabaqcıl universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurulub. Qarşılıqlı əməkdaşlıq gündən-günə daha da genişləndirilir. Universitetin əməkdaşları TEMPUS, ERASMUS, COMOLTE kimi ümumavropa təhsil layihələrində fəal iştirak edirlər.
Treninqdə xarici dillərin mənimsənilməsi zamanı yaranan problemlər və dil öyrənilməsinin asanlaşdırılması qaydaları da müzakirə edilib.

Seyfur HACIMURADOV

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR