22 Sentyabr 2020, Çərşənbə axşamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun böyük tərkibdə Azərbaycana səfərinin əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım rəhbərlik etdiyi Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyi qəbul edib.

AZƏRTAC

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR