20 Fevral 2019, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu İran İslam Respublikasının yaranmasının 40-cı ildönümü - İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.
Tədbirdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının Dövlət himnləri səsləndirilmiş, “Qurani-Kərim”dən ayələr oxunmuşdur.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom çıxış edərək inqilabdan ötən 40 il ərzində İran İslam Respublikasının keçdiyi inkişaf yolundan danışmış, bütün sahələrdə inkişafa nail olunduğunu bildirmişdir. Ölkəsinin beynəlxalq münasibətlərdəki mövqeyinə və dünya dövlətləri ilə əlaqələrinin inkişafına diqqəti çəkən Baş konsul demişdir ki, dost və qonşu ölkələr olan İran ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir, qarşılıqlı rəsmi səfərlər həyata keçirilir. İran İslam Respublikasının Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına da mühüm əhəmiyyət verdiyini bildirən Baş konsul İranın yaxın vilayətləri ilə muxtar respublika arasında əlaqələrin genişlənməsini səmərəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran xalqının milli bayramı - İslam inqilabının 40-сı ildönümü münasibətilə qardaş İran xalqını təbrik etmiş, İran dövlətinə inkişaf və tərəqqi arzulayaraq demişdir: Azərbaycan-İran əlaqələrinin əsası 1992-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi İran İslam Respublikasına rəsmi səfəri zamanı qoyulmuşdur. Ulu öndərin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan-İran əlaqələri ilə bağlı müəyyənləşdirdiyi istiqamət xalqlarımızın maraqlarına uyğun şəkildə davam etdirilir. Ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq həyata keçirilən qarşılıqlı rəsmi səfərlər və birgə layihələr əlaqələrimizi möhkəmləndirir. Ölkələrimiz arasındakı əlaqələrə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əməkdaşlıq da öz töhfəsini verməkdədir. Ötən dövrdə tərəflər arasında əlaqələrin inkişafı üçün hər cür şərait yaradılmış, enerji, nəqliyyat, təhsil, turizm, iqtisadi-ticarət və səhiyyə sahəsində səmərəli əməkdaşlıq qurulmuşdur.
Ali Məclisin Sədri əlaqələrin inkişafında İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun fəaliyyətini qeyd etmiş, Baş konsula və konsulluğun əməkdaşlarına təşəkkürünü bildirmiş, çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlamışdır: “Xalqlarımızı dərin tarixi və mədəni köklər bağlayır. İran-Azərbaycan əlaqələri bu möhkəm zəmin üzərində qurulur. Əminəm ki, birgə səylərlə İran-Azərbaycan əlaqələrini daha da yüksək pilləyə qaldıracağıq”.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3709348
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1592
3119
7506
50440
3709348

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter