22 Sentyabr 2020, Çərşənbə axşamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.
Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Keri bildirib ki, Formula 1 çərçivəsində ötən il keçirilən 21 yarışın təhlili nəticəsində Bakıda keçirilən bu yarış ən yaxşı yarış hesab edilib.
Dövlətimizin başçısı Bakıda keçirilən Formula 1 yarışına yüksək qiymətin verilməsindən məmnunluğunu ifadə edib. Ölkəmizə gələn turistlərin sayının ildən-ilə sürətlə artdığını deyən Prezident İlham Əliyev ötən il xarici turistlərin Azərbaycanda iki milyard dollardan çox vəsait xərclədiklərini qeyd edib və bildirib ki, yarım milyarda yaxın tamaşaçı auditoriyasına malik olan Formula 1-in Bakıda keçirilməsi ölkəmizə turist axınının təmin olunması işinə böyük töhfə verir. Bütün bunlar, öz növbəsində, Azərbaycanda turizm sənayesinə cəlb olunmuş kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradır.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb.

AZƏRTAC

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR