26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin təməlində sabitlik, inkişaf və tərəqqi dayanır. Muxtar respublikanın davamlı inkişafı da bu siyasi xəttin bəhrəsidir. İnsanların rahat yaşayışının təmin olunması, mühüm sosial infrastruktur tədbirlərinin həyata keçirilməsi ölkəmizdə insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Əldə olunan inkişaf və tərəqqiyə görə Naxçıvan Muxtar Respublikasında hər yeni il böyük ruh yüksəkliyi ilə qarşılanır.
Yanvarın 1-də Naxçıvan şəhərində yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilmişdir.
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyinin aparıcıları 2018-ci ildə muxtar respublikada inkişafın təmin olunması sahəsində görülən işlər, qazanılan uğurlar və həyata keçirilən tədbirlər barədə məlumat vermişlər. Sonra Naxçıvan Dövlət Kukla Teatrı aktyorlarının ifasında səhnəciklər təqdim edilmiş, şən mahnılar səsləndirilmişdir.
Bayram şənliyində muxtar respublikada fəaliyyət göstərən 28 istehsal və xidmət müəssisəsi, eləcə də ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edərək ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanmış, sakinlərin bayramını təbrik etmiş, uşaqlara hədiyyələr vermişdir.

Uşaqlardan Nəsrin Kərimova və Uğur Məmmədli ulu öndərimizə, ölkə Prezidentinə və Naxçıvana həsr olunmuş şeirlər söyləmişlər.
Naxçıvan şəhər sakini Firuzə Abdullayeva bayram təbriklərini çatdıraraq demişdir: Bayramları böyük ruh yüksəkliyi ilə qarşılayırıq. Çünki ölkəmizdə, o cümlədən muxtar respublikada insanların yaxşı yaşaması qayğısına qalınır. Sakinlər inkişaf edən, tərəqqiyə qovuşan doğma Naxçıvanımızla qürur duyurlar.
Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də yeni il şənlikləri keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4132763
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
792
4775
9923
96363
4132763

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter