21 Aprel 2019, Bazar

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Dekabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ağbulaq Xizək Mərkəzində aparılan tikinti işləri ilə tanış olmuşdur.

Fransanın “MND” şirkətinin mühəndisi Xavier Goya layihə üzrə görülən işlər barədə Ali Məclisin Sədrinə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Ağbulaq kəndi dağ-xizək turizminin inkişafı baxımından ideal yerdir. Xizək mərkəzinin yaradılmasına 2018-ci ilin iyul ayından başlanılmış və tikinti işlərinin 80 faizi başa çatdırılmışdır. 1590 metr uzunluğundakı xizəksürmə zolağında və təlim meydançasında torpaq işləri görülmüşdür. Hazırda kanat dayaqlarının, 20 min kubmetr tutumu olan süni gölün, qaraj binasının, süni qar qurğuları üçün su və hava xəttinin qazma işləri davam etdirilir.
Ərazidə texniki bina da inşa olunacaq, xizəksürmə ləvazimatlarının satışı və kirayəsi həyata keçiriləcəkdir.
Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılması və təhlükəsizlik qaydalarına əməl olunması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3875832
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
759
3976
24222
66223
3875832

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter