13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il  noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən Şahbuz rayonunun Ağbulaq kəndində kənd turizm-istirahət bölgəsinin yaradılması istiqamətində tədbirlər görülür. 

Dekabrın 5-də Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olmuşdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı münasibətilə tədbir iştirakçılarını və sakinləri təbrik edərək demişdir: Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılmasında məqsəd muxtar respublikada kənd turizminin bir bölgənin timsalında inkişafına nail olmaq və gələcəkdə digər kəndlərdə də tətbiq etməkdən ibarətdir. Bu gün dünyanın bir çox ölkələrində təmiz ekoloji şəraiti olan, flora və fauna ehtiyatının qorunduğu yerlərdə turizm bölgələri yaradılır. Muxtar respublikada da turizm bölgələrinin yaradılması üçün yerlər mövcuddur. Həmin yerlər içərisində ən əlverişlisi isə Ağbulaq kəndidir. Ona görə də Ağbulaqda turizm bölgəsinin yaradılması sahəsində tədbirlər görülmüş, kənd abadlaşdırılmış, müasir infrastruktur yaradılmış və kənddəki 65 ev yenidən qurularaq müasir şəraitlə təmin edilmişdir. Artıq Ağbulaq kəndi turizm istirahət bölgəsi kimi fəaliyyət göstərməyə hazırdır.

Ali Məclisin Sədri demişdir: Ağbulaq kəndində ilin bütün fəsillərində turizmi inkişaf etdirmək mümkündür. Təbiəti, havası və müasir infrastrukturu kənddə istər yaz, yay və payız, istərsə də qış turizminin inkişafı üçün geniş imkanlar açır. Qış turizminin inkişafı sahəsindəki imkanları nəzərə alınaraq kənddə dağ-xizək mərkəzinin qurulmasına başlanılmışdır. Turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər Ağbulaq kəndini təkcə muxtar respublikada deyil, ölkəmizdə və dünyada tanıdacaqdır. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi internet vasitəsilə turistlərə təqdim olunacaqdır. Turistlərin Ağbulaq kəndinə gəlməsi isə turizmin canlanmasına və ölkəmizin inkişafına töhfə verəcəkdir.

Ali Məclisin Sədri demişdir: Dünyanın bir çox ölkələrində turizmin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Azərbaycanda da turizmin inkişafı sahəsində tədbirlər görülür. Bu sahə ilə bağlı dövlət proqramı qəbul olunub və müvafiq qurum yaradılıb. Bu gün Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası da turizm üçün çox əlverişlidir. Ona görə də muxtar respublikada mövcud imkanlardan səmərəli istifadə olunur, turizm bölgələri yaradılır və kəndlər abadlaşdırılır. Ağbulaq kəndində həm ekoloji və dağ, həm də kənd turizminin inkişafı üçün geniş imkanlar vardır. Vaxtilə kənddə Ağbulaq İstirahət Mərkəzi tikilərək istifadəyə verilmişdir. Bu il də kənddə turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər davam etdirilmiş, 1 milyon 500 min manat dəyərində yenidənqurma işləri aparılmış və kəndin siması tamamilə dəyişilmişdir.

Ali Məclisin Sədri aidiyyatı təşkilatlara tapşırıqlar verərək demişdir: Şahbuz Rayon İcra Hakimiyyəti Ağbulaq kəndində ailə təsərrüfatlarının inkişafını və ekoloji təmiz ərzaq məhsullarının yetişdirilməsini təmin etməli, bununla bağlı əhali arasında maarifləndirmə işləri aparılmalı, ailə təsərrüfatlarına dövlət dəstəyi göstərilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilin bütün fəsillərində 1500 hektar əraziyə malik olan Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təbiətinin,  flora və faunasının qorunması sahəsində tədbirlər görməli, yaşıllaşdırma işləri aparmalı və bu zaman yerli sortlardan istifadəyə üstünlük verməlidir. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi turizm istirahət bölgəsinin  torpaq ehtiyatlarını qorumalı və səmərəli istifadəsini təmin etməli, qanunsuz tikintilərin qarşısı alınmalı, bütün tikintilər layihə əsasında aparılmalı və pasportlaşdırılmalıdır. Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin turist marşrutuna daxil edilməsi və internet üzərindən tanıdılması sahəsində tədbirlər görməlidir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aid təşkilatlarla birlikdə qarşıya qoyulan vəzifələrin icrasını vaxtında başa çatdırmalıdır.

Ali Məclisin Sədri demişdir: Ağbulaq kəndi telefonlaşdırılıb, sürətli internetlə təmin edilib, təbii qaz və elektrik enerjisinin daimi verilişi təmin olunub və xidmət sahələri yaradılıb. Mövcud imkanlar və əhalinin maarifləndirilməsi kənddə turizimin inkişafına səbəb olacaqdır. Aid təşkilatlar əhalini maarifləndirməli, turizm bölgəsinin mahiyyəti izah olunmalıdır. Çünki Ağbulaq kəndinin turizm istirahət bölgəsinə çevrilməsində bir məqsəd də dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən bu ərazidə sakinlərin yaşayış səviyyəsini yaxşılaşdırmaqdan, onların məşğulluğunu təmin etməkdən və məskunlaşmanı artırmaqdan ibarətdir. Turizmin inkişafı kənddə insanların həyat səviyyəsini daha da yüksəldəcəkdir. Ona görə də yaradılanlar qorunmalı, kəndin abadlaşdırılması və turizmin inkişafı sahəsində görülən işlər bundan sonra da davam etdirilməlidir.

Ali Məclisin Sədri kəndin turizm potensialından səmərəli  istifadə olunacağına əminliyini bildirmiş, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılmasında əməyi olanlara təşəkkür etmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov çıxış edərək demişdir ki, Ağbulaq kəndində kompleks quruculuq işlərinə 2013-cü ildən başlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 2018-ci ilin aprel ayından kənddə yenidənqurma və abadlıq işlərinə başlanılmışdır. Evlərdə və yardımçı binalarda əsaslı təmir və yenidənqurma işləri aparılmış, kəndin elektrik təchizatı sistemi yenidən qurulmuşdur.

Ağbulaq kənd sakini Vidadi Məmmədov demişdir: Bu gün muxtar respublikada quruculuq işlərinin geniş vüsət alması, kəndlərin abadlaşması Ağbulaq kənd sakinlərini də ürəkdən sevindirir. 2013-cü ildə Ağbulaq kəndində müasir tələblərə cavab verən məktəb binası, kənd və xidmət mərkəzləri tikilərək istifadəyə verilmişdir. Bu il isə hər bir kənd sakininin evində yenidənqurma işləri aparıldı, həyətlərimiz abadlaşdı, yeni təsərrüfat binaları tikildi. Artıq kəndimiz turizm bölgəsinə çevrilib. Kəndimizdə istifadəyə verilən istirahət mərkəzi, məktəb binası, kənd və xidmət mərkəzləri, yollarımızın müasir səviyyədə yenidən qurularaq asfaltlanması, internetdən istifadə hər bir kənd sakinini qürurlandırır. Vidadi Məmmədov yaradılan şəraitə görə kənd sakinləri adından minnətdarlıq etmişdir.

Kənd ziyalısı Mirhəsən Tahirov demişdir: Muxtar respublikanın bütün rayonları kimi, Şahbuz rayonu da inkişaf dövrünü yaşayır. Ağbulaq kəndində yaradılan şərait həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Ali Məclis Sədrinin Ağbulaq kəndinə hər gəlişini sakinlər minnətdarlıq və sevinclə qarşılayır, həmin günü əlamətdar tarix kimi daim xatırlayırlar. Aparılan quruculuq işləri Ağbulaq kəndinin simasını əsaslı surətdə dəyişib. Bu gün kəndimiz şəhər təəssüratı yaradan qəsəbəyə çevrilib. Sakinlər yaradılan şəraitdən səmərəli istifadə edəcək, tikilənləri, qurulanları qoruyacaq, kənddə turizmin inkişafına öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mais Əliyev, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə, Turizm Departamentinin direktoru Əkbər Novruzov, Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Naxçıvan Muxtar Respublikasının baş naziri Əlövsət Baxşıyev Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması sahəsində görülən işlərlə bağlı məlumat vermişlər.

Ali Məclisin Sədri Naxçıvan-Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi turist marşrutunun xəritəsinə baxmışdır. Bildirilmişdir ki, turist marşrutu turistlərin Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinə rahat gedişini təmin edəcəkdir.

Kənddə görülən işlərlə tanışlıq zamanı qeyd olunmuşdur ki, “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” muxtar respublikada turizmin inkişafı üçün geniş imkanlar açır. Dövlət Proqramına uyğun olaraq Ağbulaq kəndində də kompleks işlər görülüb. Bu il kənddə 65 yaşayış evi və yardımçı bina əsaslı şəkildə yenidən qurulmuş, həyətlərə kilid və sal daşlar döşənmiş, yeni hasarlar hörülmüş, metal və taxta məhəccərlər quraşdırılmışdır. Kənddaxili avtomobil yollarına qum-çınqıl qatı verilmiş, su keçidləri salınmış, yeni yollar çəkilmiş, elektrik təchizatı sistemi yenilənmişdir. Yararsız olan təsərrüfat binaları sökülmüş və müəyyən olunmuş ərazidə 32 yeni təsərrüfat binası tikilmişdir. 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397852
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
847
5770
17682
57019
3397852

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter