24 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Ümummilli lider Heydər Əliyevin quruculuq strategiyasının mühüm nəticələrindən biri də Babək rayonunun yaradılmasıdır. Bu gün dahi şəxsiyyətin siyasi xəttinə sədaqət Babək rayonunu müasir yaşayış məntəqəsinə çevirmişdir. Rayonda sosial-iqtisadi inkişaf təmin olunmuş, tikinti-quruculuq işlərinin həcmi genişlənmiş, məskunlaşma artmışdır.
Oktyabrın 1-də Babək qəsəbəsində gənc ailələr üçün tikilmiş yeni yaşayış binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada həyata keçirilən sosial layihələrin davamı olaraq Babək rayonunda yeni yaşayış binasının istifadəyə verildiyini bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: Bu gün ölkəmizdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bütün sahələrdə inkişaf və tərəqqi var. Bu da özünü həm insanların yaşayış şəraitinin və rifahının yaxşılaşmasında, həm də onların mənzil sahibi olmalarında göstərir.
Ali Məclisin Sədri demişdir: Mənzil insan həyatında vacib amildir. Gənc yaşda müasir mənzil sahibi olmaq və rahat həyatı təmin etmək isə daha mühüm məsələdir. Muxtar respublikada bu sahədə həyata keçirilən layihələr gənc ailələrə göstərilən dövlət qayğısının ifadəsidir. Dövlət tərəfindən maliyyələşdirilən bu layihələrə ilk dəfə Naxçıvan şəhərində başlanılmış, Gənclər şəhərciyi tikilib istifadəyə verilmişdir. Muxtar respublikanın rayon mərkəzlərində - Babək, Kəngərli və Sədərək rayonlarında da gənclər üçün yeni yaşayış binalarının tikintisinə başlanılmışdır. Dövlət vəsaiti ilə tikilən binalarda mənzillərə çəkilən xərclərə heç bir əlavələr edilmədən münasib qiymətə gənc ailələrə təklif edilir. Əldə olunan vəsait isə digər yaşayış binalarının tikintisinə sərf olunur. Bu da gənclərimizin əlavə vaxt və vəsait itkisinə yol vermədən qısa müddətdə mənzil sahibi olmalarına şərait yaradır.

Ali Məclisin Sədri demişdir: Gənclərin müasir və rahat mənzillərlə təmin olunması imkan verir ki, onlar öz potensiallarını işlərinə və ailələrinin möhkəmliyinə sərf etsinlər. Çünki cəmiyyətdə nigahların qorunması və möhkəmləndirilməsində mənzil amili xüsusi yer tutur. Həyata keçirilən bu layihələr ölkəmizin iqtisadi gücünün göstəricisidir. İqtisadi inkişaf, sabitlik və dövlət qayğısı olmadan bu tədbirləri həyata keçirmək mümkün olmaz. Bütün bunlar isə ölkəmizdə var. Dövlətimiz də mövcud imkanlardan istifadə edərək sosial sahənin inkişafını, xüsusilə də əhali üçün rahat yaşayış şəraitinin yaradılmasını diqqətdə saxlayır, gənc ailələr müasir mənzillərlə təmin olunurlar.

Ali Məclisin Sədri binanın gələcək sakinlərinə rahat və firavan həyat arzulamış, bu işlərdə əməyi olanlara təşəkkür etmişdir.
Qəsəbə sakini Vəli Əliyev çıxış edərək demişdir ki, ötən dövrdə burada böyük quruculuq işləri aparılmış, 2 tam orta məktəb binası, uşaq bağçası, musiqi məktəbi, şahmat məktəbi, eləcə də Babək qəsəbəsində yerləşən bütün dövlət qurumları üçün yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir. Həmçinin yeni emal və istehsal müəssisələri fəaliyyətə başlamış, iş yerləri açılmış, yollar abadlaşdırılmış, qəsəbə fasiləsiz elektrik enerjisi, təbii qaz, keyfiyyətli rabitə və sürətli internetlə təmin edilmişdir. Hazırda yeni içməli su və kanalizasiya xətləri çəkilir. Bu gün Babək qəsəbəsi müasir şəhər görkəminə qovuşub. Yaradılan şəraitin nəticəsidir ki, məskunlaşma ilbəil artır. Gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi yeni yaşayış binasının istifadəyə verilməsi də sakinlər tərəfindən minnətdarlıqla qarşılanır.
Ali Məclisin Sədri binanın açılışını bildirən lenti kəsmiş, yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olan bina 28 mənzillidir. Mənzillərdən 7-si üçotaqlı, 21-i isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 97, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 69 kvadratmetrdir. Bütün mənzillər təmir olunaraq müasir kommunal məişət şəraiti yaradılmış, internet çəkilmiş, binada lift quraşdırılmışdır.
Binanın zirzəmisində xidmət sahələri yaradılmış, bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və sənaye malları mağazaları istifadəyə verilmişdir. Həyətdə də abadlıq işləri aparılmış, müasir işıqlandırma və suvarma sistemləri qurulmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti 

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3179787
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1104
4484
9977
94334
3179787

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter