24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmişdir 

1. Giriş

Xalça sənəti tarixən Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında aparıcı sahələrdən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir.
Naxçıvan xalçaları Azərbaycan xalça sənətini ənənəvi naxışları və elementləri, özünəməxsus rəng çalarları ilə zənginləşdirmişdir. Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi üçün bir sıra işlər görülmüş, 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılmışdır.
Bundan başqa, Sədərək rayonunda xalçatoxuma müəssisəsi, Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçılıq kursları, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi açılmış, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xalq Yaradıcılığı Emalatxanasında xalça toxunması təşkil olunmuşdur.

Hal-hazırda xalçaçılıq sənətinə maraq artmışdır. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət ixtisasları üzrə təhsil alan tələbələrə Naxçıvan xalçaçılıq məktəbinin ənənələri öyrədilir. Muxtar respublikanın şəhər və rayonlarında “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” devizi altında xalçaların toxunması geniş vüsət almışdır.
Naxçıvan xalçaçılıq məktəbinin tədqiq olunması, sənədli filmlərin və yeni nəşrlərin hazırlanması da diqqətdə saxlanılmışdır. Naxçıvan Dövlət Xalça Muzeyinin internet səhifəsinin yaradılması, “Naxçıvan xalçaçıları”, “Naxçıvan xalça­çılığı: ənənə və müasirlik” kitablarının, “Azərbaycan xalçaları - Naxçıvan qrupu” jurnalının çap olunması, “Naxçıvan xalçaları” sənədli filminin hazırlanması Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi və yaşadılması işinə öz töhfəsini vermişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 fevral tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və yeni infrastrukturunun yaradılması işlərinə başlanılmışdır.
Naxçıvan xalçaları sadəcə istehsal məhsulu deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələrdir.
Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” (bundan sonra-Dövlət Proqramı) hazırlanmışdır. 

2. Dövlət Proqramının məqsədi və vəzifələri 

Dövlət Proqramının əsas məqsədi aşağıdakılardan ­ibarətdir:
-xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və davamlı inkişafı;
-xalçaçılığın xammal təminatının yaradılması;
-yeni iş yerləri yaradılmasının dəstəklənməsi;
-xalçaçılıq sahəsində, o cümlədən yun tədarükü və emalı, yun ipliklərin istehsalı üzrə ixtisaslı kadr hazırlığının həyata keçirilməsi;
-xalçaçılığın rəqabət qabiliyyətinin və ixrac potensialının artırılması;
-Naxçıvanın tarixi xalçaçılıq mərkəzinə xas olan qədim çeşnilərin bərpa edilməsi, istehsalatda tətbiqi, yeni çeşnilərin hazırlanması və bu çeşnilər əsasında xalçaların toxunması. 

3. Gözlənilən nəticələr 

Dövlət Proqramına daxil edilmiş tədbirlərin icrası nəticəsində aşağıdakılar gözlənilir:
-xalçaçılıq ənənələrinin qorunması;
-xalça istehsalının və ixracının genişləndirilməsi;
-xalçaçılıq sahəsində məşğulluğun artırılması;
-ixtisaslı işçi qüvvəsinin artırılması;
-xalçaçılıq sənətinin inkişafının təmin olunması. 

4. Dövlət Proqramının maliyyələşmə mənbələri 

Dövlət Proqramında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə dövlət büdcəsində aidiyyəti dövlət orqanları və dövlət qurumları üçün nəzərdə tutulmuş vəsait, eləcə də qanunla qadağan olunmayan digər mənbələr hesabına ­maliyyələşdirilir. 

5. Dövlət Proqramının həyata keçirilməsi üzrə 

TƏDBİRLƏR PLANI

 

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3058568
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1501
4261
1501
109899
3058568

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter