17 İyul 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada həyata keçirilən dövlət-gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin sosial problemlərinin həlli və mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq ölkəmizin “Gənclər Paytaxtı” Naxçıvan şəhərində yeni yaşayış kompleksi – “Gənclər şəhərciyi” inşa olunmuşdur.

Aprelin 7-də Naxçıvan şəhərinin Əziz Əliyev prospektində “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abbasov çıxış edərək demişdir ki, muxtar respublikada həyata keçirilən tikinti-quruculuq işlərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması mühüm yer tutur. Hər il yeni yaşayış binaları inşa olunur, mövcud binalar yenidən qurularaq istifadəyə verilir. Həyata keçirilən tədbirlər ailələrin kommunal-məişət şəraitini daha da yaxşılaşdırır, sakinlər tərəfindən razılıq hissi ilə qarşılanır. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı da yaradılmış şəraitdən bəhrələnərək öz layihələri ilə muxtar respublikanın sosial-iqtisadi inkişafında yaxından iştirak edir. Belə layihələrdən biri də bu gün istifadəyə verilən “Gənclər şəhərciyi” yaşayış kompleksidir. Sahibkarlığa Kömək Fondundan layihənin icrasına 3 milyon manat kredit ayrılmışdır. Sahibkarlar üçün yaradılan şərait və göstərilən qayğı bu layihənin də uğurla icra olunmasına imkan verdi. Vüqar Abbasov yaradılan şəraitə görə “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının kollektivi adından minnətdarlıq etmişdir.

“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Yalçın Vəliyev bildirmişdir ki, muxtar respublikada gənc və aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasında, əhalinin uzunmüddətli kreditlər vasitəsilə yaşayış sahəsi ilə təmin olunmasında “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti də mühüm rol oynayır. Bu günədək dövlət qulluqçuları, hərbçilər, müəllimlər, həkimlər, polislər və digər sahələrdə işləyən muxtar respublika sakinləri maliyyələşdirilmiş ipoteka kreditlərindən istifadə edərək mənzil sahibi olmuşlar. Ötən dövrdə fondun vəsaiti hesabına əhaliyə, ümumilikdə, 3 milyon 501 min 404 manat məbləğində ipoteka krediti verilmişdir. Bu vəsaitin 1 milyon 98 min 173 manatı və ya 31,4 faizi güzəştli, 2 milyon 403 min 231 manatı və ya 68,6 faizi isə adi ipoteka kreditlərinin payına düşür. Bu gün istifadəyə verilən “Gənclər şəhərciyi” yaşayış kompleksində mənzil almaq istəyən gənc ailələr də ipoteka kreditləşməsi ilə bağlı yaradılan imkanlardan faydalanmışlar. Belə ki, 98 ailə ipoteka kreditindən istifadə edərək “Gənclər şəhərciyi”ndə mənzil sahibi olmuşdur. Bu ailələrdən 26-sı güzəştli, 72-si adi ipoteka krediti götürmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2014-cü ildə təməli qoyulan “Gənclər şəhərciyi” yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: Ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Sahibkarlar da yaradılan şəraitdən istifadə edərək ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu gün istifadəyə verilən “Gənclər şəhərciyi” yaşayış kompleksi də bu sahədə görülən işlərin nümunəsidir.
Ali Məclisin Sədri demişdir: “Gənclər şəhərciyi” yaşayış kompleksinin təməlinin qoyulması və ilkin kreditin ayrılması dövlət sifarişi əsasında həyata keçirildi. Dövlət tərəfindən yeni yaşayış kompleksinin tikilməsi ilə bağlı təklif hazırlanaraq sahibkarlara təqdim edildi. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı təklifləri qəbul edərək yeni yaşayış kompleksinin tikintisini həyata keçirdi. “Gənclər şəhərciyi” yaşayış kompleksində müasir yaşayış standartlarına cavab verən binalar tikilmiş, xidmət və istirahət sahələri yaradılmışdır. Yeni yaşayış kompleksi həm təhsil müəssisələrinə, həm də ticarət mərkəzinə yaxın ərazidə yerləşir. Vaxtilə yaşayış kompleksinin yerləşdiyi sahə Naxçıvan şəhərinin ən yararsız ərazilərindən biri idi. Lakin insan əməyi, insan zəhməti və göstərilən qayğı bu ərazini Naxçıvan şəhərinin ən abad yaşayış məntəqəsinə çevirdi.
Ali Məclisin Sədri bu işdə əməyi olanlara və təşkilatçılara təşəkkürünü bildirmişdir.

Qeyd olunmuşdur ki, “Gənclər şəhərciyi” yaşayış kompleksinin inşası dövlət və sahibkarların birgə fəaliyyətinin nəticəsində mümkün olmuşdur. Kompleks tikilərkən dövlət tərəfindən ilkin kredit verildi. Qalan vəsait isə şirkətin gəlirləri hesabına ödənildi. Yaşayış kompleksində gənclərin mənzillə təmin olunması üçün dövlətimiz tərəfindən güzəştli ipoteka kreditləri verilir. Bu da dövlətimizin gənclərə və sahibkarlara göstərdiyi qayğının daha bir ifadəsidir. Çünki kompleksdəki mənzillər tam satıldıqdan sonra sahibkar yeni obyektlərin və yaşayış binalarının tikintisinə başlayacaq, yeni iş yerləri açılacaqdır. Bütün bunlar isə, ümumilikdə, ölkəmizin inkişafına xidmət edir.
Ali Məclisin Sədri demişdir: O ölkə inkişaf edir ki, orada dövlət-xalq birliyi vardır. Bu gün Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksinin istifadəyə verilməsi də dövlət-xalq-sahibkar birliyinin nəticəsidir. Eyni zamanda yeni yaşayış kompleksi ölkəmizdə həyata keçirilən dövlət-gənclər siyasətinin bəhrəsidir. İnsan həyatında ən vacib məsələlərdən biri onun mənzil sahibi olmasıdır. Yaşayış kompleksində gələcəyimiz olan gənclərin mənzillə təmin olunması onların rahat yaşayışını təmin edəcəkdir. Çünki rahat yaşayış şəraiti rahat həyat deməkdir. Dövlətimiz tərəfindən gənclərin mənzil şəraitinin yaxşılaşdırılması və işlə təmin olunması, onlara güzəştli ipoteka kreditlərinin verilməsi sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Ali Məclisin Sədri “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin kreditləri hesabına mənzil almış sakinlərə açarları təqdim etmiş, onlara rahat və firavan həyat arzulamışdır.
Mənzillə təmin olunan Afin Məmmədov və Səməd Həsənov göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişlər. Səməd Həsənov demişdir: Muxtar respublikada gənclərin mənzillə təmin olunması diqqət mərkəzindədir. Yeni yaşayış kompleksindəki mənzillər güzəştli ipoteka yolu ilə gənc ailələrə verilir. Artıq muxtar respublikamızda gənclər mənzil sahibinə çevriliblər. Bu da insan amilinə verilən qiymətin daha bir ifadəsidir. “Gənclər şəhərciyi” yaşayış kompleksində mənzil sahibi olan bütün ailələr adından göstərilən qayğıya görə minnətdarlıq edirik.
Ali Məclisin Sədri “Gənclər şəhərciyi” yaşayış kompleksinin açılışını bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, ümumi sahəsi 22 min 860 kvadratmetr olan şəhərcikdə 2 doqquz mərtəbəli, 2 on bir mərtəbəli və 2 on üç mərtəbəli olmaqla, 6 bina inşa olunmuşdur. Binalarda sahəsi 57-59 kvadratmetr olan 24 birotaqlı, sahəsi 62-77 kvadratmetr olan 216 ikiotaqlı, sahəsi 86-104 kvadratmetr olan 192 üçotaqlı və sahəsi 120-142 kvadratmetr olan 24 dördotaqlı mənzil olmaqla, ümumilikdə, 456 mənzil vardır. Mənzillərdən 2-si şəhid ailələrinə verilmiş, 98-i isə ipoteka krediti ilə satılmışdır.
Şəhərciyin ərazisində 315 yerlik yeraltı avtomobil dayanacağı inşa olunmuşdur. Hər binanın girişində 1 sərnişin və 1 yük lifti, yanğından mühafizə üçün mərkəzi havalandırma sistemi, həmçinin avtomobil dayanacağına giriş üçün 3 köməkçi lift quraşdırılmışdır. Yanğından mühafizə üçün 200 kubmetrlik, tələbatı ödəmək üçün 520 kubmetrlik iki su anbarı tikilmişdir. Şəhərciyin kommunal-məişət şəraiti və sosial infrastrukturu da ən müasir tələblər səviyyəsində qurulub. Kompleksə fiber-optik şəbəkə çəkilmiş, ərazidə təhlükəsizliyi təmin etmək üçün mərkəzi kamera sistemi quraşdırılmışdır.
Şəhərcikdə 2500 kilovoltamper gücündə transformator, 250 kilovoltamper gücündə generator quraşdırılmışdır. 6 min kvadratmetr ərazidə abadlıq işləri aparılaraq müasir işıqlandırma və suvarma sistemi qurulmuş, həyətdə mini basketbol meydançası, şahmat taxtası və uşaq əyləncə parkı yaradılmışdır. Şəhərciyi “Cahan” Ticarət Mərkəzi ilə birləşdirən yerüstü keçid tikilmişdir.
Ali Məclisin Sədri “Gənclər şəhərciyi” yaşayış kompleksindəki ticarət və xidmət sahələrinə baxmışdır.
Məlumat verilmişdir ki, kompleksdə 54 ticarət və xidmət sahəsi fəaliyyət göstərir. “Banu” ərzaq mağazasında əsasən muxtar respublikada istehsal olunan məhsullar, o cümlədən xarici ölkələrdə istehsal edilən və mənşə sertifikatı olan gündəlik tələbat malları satışa çıxarılır. Burada çörək və şirniyyat sexi də fəaliyyət göstərir. “Meynəli” şərab mağazasında isə muxtar respublikada istehsal olunan spirtli içkilər və dünyanın 20-yə yaxın ölkəsində istehsal olunan 650 çeşiddə məhsul alıcılara təklif olunur. “Simit sarayı” iaşə obyektində isə insanların rahatlığı tam nəzərə alınmışdır.Yaşayış kompleksində 21 yeni iş yeri yaradılmışdır.
Komplekslə tanışlıqdan sonra Ali ­Məclisin Sədri burada yaşayan sakinlərlə görüşmüşdür. Ali Məclisin Sədri demişdir: Ailənin mənzil rahatlığı həmin ailənin möhkəmliyini də təmin edir. Ölkəmizdə ailələrin rahat yaşayışının və möhkəmliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Müasir yaşayış və xidmət şəraiti olan kompleksdə gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması da həmin ailələrin möhkəmliyini təmin edəcəkdir. “Gənclər şəhərciyi” ən müasir yaşayış standartlarına cavab verir. Burada sakinlərin həm rahat yaşayışı, həm də istirahətləri təmin olunmuşdur.
Ali Məclisin Sədri kompleksdə yaşayan ailələrə və buranın gələcək sakinlərinə rahat həyat arzulamışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2738435
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
394
5092
5486
79674
2738435

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter