24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Aprelin 2-də “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ordubad dəmir yolu stansiyası kompleks quruculuq işlərindən sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açılış tədbirində iştirak etmişlər.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev çıxış edərək demişdir ki, muxtar respublikada aparılan quruculuq işləri dəmir yolu sistemini də əhatə etmiş, sərnişin vağzalı binaları, inzibati və texniki binalar yenidən qurulmuş, müasir dəmir yolu infrastrukturu, hərtərəfli iş və xidmət şəraiti yaradılmışdır. İnfrastrukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi dəmiryol nəqliyyatından istifadə edənlərin sayını artırmışdır. Dəmir yolu təsərrüfatında aparılan quruculuq işlərinin davamı olaraq Ordubad sərnişin vağzalı və yol sahəsi üçün yeni inzibati binalar, eləcə də yol fəhlələri üçün yeni bina tikilmiş, stansiyanın İdarəetmə Mərkəzi, yük anbarı və yarımstansiya binası əsaslı şəkildə yenidən qurulmuşdur. Mahir Əliyev göstərilən qayğıya görə muxtar respublikanın bütün dəmiryolçuları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək demişdir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf dövrünü yaşayır. Ümummilli liderin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, blokada şəraitində olmasına baxmayaraq muxtar respublikada dəmir yolu infrastrukturu qorunub saxlanılır və inkişaf etdirilir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bundan sonra da Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində tədbirlər görəcəkdir. Hazırda İran üzərindən Naxçıvan Muxtar Respublikası ilə Bakı şəhəri arasında dəmir yolu xəttinin açılması istiqamətində işlər aparılır. Bu da muxtar respublikanın iqtisadi inkişafına və dəmir yolu nəqliyyatının daha da müasirləşdirilməsinə töhfəsini verəcəkdir. Cavid Qurbanov Ordubad dəmir yolu stansiyasının və yeni sərnişin vaqonlarının istifadəyə verilməsi münasibətilə kollektivə təbriklərini çatdırmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad dəmir yolu stansiyasının və yeni sərnişin vaqonlarının istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirmiş, bu münasibətilə dəmiryolçuları və istifadəçiləri təbrik edərək demişdir: Naxçıvan Muxtar Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayan dövrdən etibarən blokada şəraitində yaşayır. Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etməsi Naxçıvanı bir çox bəlalardan xilas etdi. Eyni zamanda ulu öndər tərəfindən həyata keçirilən tədbirlər Naxçıvan dəmir yollarının da dağılmasının qarşısını aldı. Ümummilli liderimizin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə digər sahələrlə yanaşı, dəmir yolunun inkişafına da diqqət artırıldı.
Ali Məclisin Sədri demişdir: Bu gün ulu öndərin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda bütün sahələr inkişaf etdirilir. Bu inkişaf dəmir yolu nəqliyyatını da əhatə etmişdir. Hər bir müstəqil ölkədə ən vacib sahələrdən biri də dəmir yolu nəqliyyatıdır. Çünki dəmir yolu nəqliyyatının inkişafı ölkənin müstəqilliyinin və iqtisadi qüdrətinin göstəricisidir. Blokada şəraitində olmasına baxmayaraq muxtar respublikada da dəmir yolu təsərrüfatı qorunub saxlanılmaqla yanaşı, həm də inkişaf etdirilir. “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə inkişaf Proqramı” muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafına təkan vermişdir. Hazırda muxtar respublikada daxili yük və sərnişin daşınmalarının həyata keçirilməsində dəmir yolunun imkanlarından geniş istifadə olunur. Bu da sakinlər və iş adamları tərəfindən məmnunluqla qarşılanır. Bütün bunlar isə həm proqramın uğurlu icrasının, həm də Naxçıvan dəmiryolçularının fədakar əməyinin nəticəsidir.
Ali Məclisin Sədri dəmiryolçulara təşəkkürünü bildirərək demişdir: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafına hərtərəfli diqqət göstərir. Muxtar respublikada dəmir yolu infrastrukturu müasirləşdirilir, yeni dəmir yolu vağzal1ları tikilir, vaqon təmiri deposu yenidən qurulur və digər işlər həyata keçirilir. Bu gün yeni sərnişin vaqonlarının istifadəyə verilməsi də göstərilən qayğının daha bir ifadəsidir.
Ali Məclisin Sədri Naxçıvanda dəmir yolunun inkişafına göstərdiyi köməkliyə görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə təşəkkürünü bildirmiş, yeni vaqonlardan səmərəli istifadə olunacağına və sərnişinlərə nümunəvi xidmət göstəriləcəyinə əminliyini ifadə etmişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açılışı bildirən lenti kəsmişlər.
Məlumat verilmişdir ki, quruculuq işləri aparılarkən Ordubad sərnişin vağzalı üçün yeni inzibati bina, yol sahəsi üçün inzibati və yardımçı binalar, həmçinin yol fəhlələri üçün bina tikilmiş, stansiyanın İdarəetmə Mərkəzi və yük anbarı yenidən qurulmuşdur. Ordubad sərnişin vağzalının inzibati binasında 9 iş otağı, gözləmə zalı, zirzəmi qatında isə bufet və texniki otaqlar yerləşir. Stansiyanın İdarəetmə Mərkəzinin binasında 7 iş otağı, 5 avadanlıq otağı, anbar və qazanxana mövcuddur. İdarənin həyətində qapalı və çardaq hissədən ibarət yük anbarı yerləşir. Stansiyanın 2-ci qəbul-göndərmə yolu, bu yol ilə baş yol arasında olan 290 metrlik, eləcə də stansiya ərazisindəki 425 metrlik sərnişin platformaları da yenidən qurulmuşdur. Ordubad Yol Sahəsinin inzibati binasında 11 iş otağı və bufet, yeni tikilmiş yardımçı binasında sürücü və mexaniklər, defektoskop briqadası üçün otaqlar, qaynaq və dəmirçi sexləri, 3 qaraj və anbar yerləşir. Yol fəhlələri üçün inşa edilmiş binada isə iş otaqları və anbar vardır.
Binaların hər biri istilik sistemi ilə təmin olunmuş, iş otaqlarında kompüter dəstləri qoyulmuş, stansiyanın bütün ərazisində müasir işıqlandırma sistemi qurulmuşdur. Sel sularının qarşısını almaq üçün ərazidə suötürücü kanal inşa edilmiş, yaşıllıq zolağı və meyvə bağı salınmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3058435
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1368
4261
1368
109766
3058435

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter