19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Əkinçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Hər il muxtar respublikada bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələri qurulur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Bu il də Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulacaqdır.

Martın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin layihəsinə və tikinti aparılacaq əraziyə baxmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, qapalı suvarma şəbəkəsi “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 410 hektar əkin sahəsində qurulacaqdır. Layihəyə uyğun olaraq ərazidə 2065 metr dəmir borularla ana xətt, 6402 metr magistral xətt, 42 min 303 metr plastik borularla paylayıcı suvarma şəbəkəsi və qrunt sularının axıdılması üçün 3 min metr açıq kollektor çəkiləcəkdir. Xətlərin üzərində 7 sutənzimləyici siyirtmə, 449 hidrant və 70 suburaxıcı quraşdırılacaqdır. Həmçinin bu il Kəngərli rayonunun Yeni Kərki və Xok kəndlərinin torpaq sahələrini əhatə edən qapalı suvarma şəbəkəsindəki hidrantlarda supaylayıcı hovuzlar qoyulacaq, ərazidə boru xətti çəkiləcək və yeni hidrantlar quraşdırılacaqdır. Ümumilikdə tikinti işləri zamanı 100 nəfər işlə təmin olunacaqdır.
Ali Məclisin Sədri təməli qoyulan qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi nəticəsində yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılacağını bildirmiş, bu münasibətlə tədbir iştirakçılarını təbrik edərək demişdir: Bu gün muxtar respublikada 160 min hektar əkinəyararlı torpaq sahəsinin 62 min hektarından istifadə olunur ki, onun da cəmi 52 min hektara yaxını suvarılan ərazilərdir. Ona görə də muxtar respublikada suvarılan torpaqların sahəsinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və ərzaq təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Hazırda muxtar respublikada əsas ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir. Lakin muxtar respublikanın ehtiyat taxıl fondu kənardan alınır. Mütərəqqi suvarma sistemlərinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması ilə bu problem də tamamilə həll olunacaqdır. Muxtar respublikanın illik taxıla olan tələbatı 150 min tondur. Buna görə də taxıl sahələrinin genişləndirilməsinə diqqət yetirilməli, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmalı, əkilən torpaqların məhsuldarlığı artırılmalıdır.
Ali Məclisin Sədri demişdir: Əkinəyararlı torpaqların suvarılması qarşıda duran əsas vəzifələrdəndir. Qapalı suvarma şəbəkəsinin qurulması da yeni torpaq sahələrini əkin dövriyyəsinə qatmaqla yanaşı, həm də iş yerlərinin yaranmasına, torpaqların normalara uyğun suvarılmasına, şoranlaşmanın qarşısının alınmasına, bol məhsul istehsalına və tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcəkdir. Ona görə də tikinti işləri keyfiyyətli aparılmalı, bütün mühəndis-texniki tələblərə ciddi əməl olunmalıdır.
Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulamış, tikinti zamanı istifadə olunacaq materiallara baxmışdır. Bildirilmişdir ki, tikinti aparılarkən ərazinin relyefi və iqlim şəraiti nəzərə alınacaq, keyfiyyət amilinə xüsusi diqqət yetiriləcək, ölkəmizdə istehsal olunan plastik borulardan və digər materiallardan istifadə olunacaqdır.
Ali Məclisin Sədri ərazidə qapalı suvarma şəbəkəsinin qurulmasının payız əkin dövrünə qədər başa çatdırılması, toxumçuluq təsərrüfatında taxılla yanaşı, digər kənd təsərrüfatı bitkilərinin əkilməsi və toxuma olan tələbatın ödənilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3037967
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4777
5369
15199
89298
3037967

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter