19 İyun 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir

1. Giriş 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış və sonrakı illərdə uğurla davam etdirilmiş islahatlar rəsmi statistikanın da inkişafına öz təsirini göstərmişdir. Statistika sisteminin hüquqi bazası yaradılmış, elektron statistikanın inkişafı və rəsmi statistika materiallarının istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür.
Statistika sisteminin üzərinə bu gün mühüm vəzifələr düşür. Müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin təmin edilməsi üçün dəqiq və dolğun statistik məlumatlara tələbat rəsmi statistikanın təkmilləşdirilməsini şərtləndirir.
Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, statistika sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsini, dayanıqlı inkişaf ilə bağlı statistik informasiya təminatının təkmilləşdirilməsini, bu hədəflərə çatmaq üçün statistika sahəsində maddi-texniki bazanın və kadr potensialının möhkəmləndirilməsini təmin etmək məqsədi ilə “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazırlanmışdır.

2. Dövlət Proqramının məqsədi və vəzifələri 

Dövlət Proqramının əsas məqsədi aşağıdakılardan ­ibarətdir:
-muxtar respublika iqtisadiyyatının strukturunun və ­sahələrarası əlaqələrin təhlilinə imkan verən rəsmi statistikanın daha da təkmilləşdirilməsi;
-kənd təsərrüfatının strukturunun, inkişaf meyillərinin, maddi-texniki bazasının, işçi qüvvəsinin statistik öyrənilməsi, kənd təsərrüfatı məhsullarının əkin sahəsinə, istehsalına və məhsuldarlığına dair məlumatların əldə edilməsi, əhalinin müxtəlif təbəqələrinin ərzağa əlyetərliyi səviyyəsinin və buna təsir edən amillərin statistik ­qiymətləndirilməsi;
-sənaye müəssisələrində istifadə olunan avadanlıqlar və onların istehsal güclərindən istifadə vəziyyətinin öyrənilməsi, ev təsərrüfatlarında istehsal edilən sənaye məhsullarına dair statistik məlumatların əldə edilməsi;
-daxili bazarda idxal mallarının yerli istehsal malları ilə əvəzlənməsi üçün statistik məlumatların hazırlanması;
-avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmalarına dair statistik məlumatların əldə edilməsi;
-turizmə dair statistik məlumatların əldə edilməsi, turizm sektoru üzrə təhlillərin aparılması;
-biznes mühitinin, mikro, kiçik və orta sahibkarlıqla bağlı statistik məlumatların əhatə dairəsinin genişləndirilməsi;
-məşğulluq səviyyəsinin, əlillərin əmək bazarına inte­qrasiyasının, ilk peşə və orta-ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluğunun, əhalinin fasiləsiz təhsildə iştirakı və kitab fondundan istifadə vəziyyətinin statistik öyrənilməsi;
-ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının qiymətləndirilməsi;
-ev təsərrüfatları üzrə statistik məlumatların əhatəliliyinin artırılması, əhalinin həyat səviyyəsini səciyyələndirən statistik məlumatların əldə edilməsi, gündəlik vaxt fondundan istifadə vəziyyətinin statistik öyrənilməsi;
-əhalinin informasiya və kommunikasiya texnologiyalarından istifadə vəziyyətinin statistik öyrənilməsi;
-rəsmi statistika materiallarının istehsalı proseslərinin səmərəli təşkili üçün infrastrukturun inkişaf etdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının yaxşılaşdırılması, statistika kadrlarının peşəkarlıq səviyyəsinin artırılması. 

3. Gözlənilən nəticələr 

Dövlət Proqramına daxil edilmiş tədbirlərin icrası ­nəticəsində aşağıdakılara nail olunacağı gözlənilir:
-iqtisadiyyatın strukturunun və sahələrarası əlaqələrin təhlilinə imkan verən yeni statistik məlumatların əldə ­edilməsi;
-kənd təsərrüfatının dinamikası, strukturu, inkişaf ­meyilləri, maddi-texniki bazası, işçi qüvvəsi barədə müfəssəl məlumatların əldə edilməsi;
-sənaye müəssisələrində mövcud olan istehsal avadanlıqlarının vəziyyəti, yaşı və onlardan istifadə ilə bağlı ­məlumatların hazırlanması;
-ev təsərrüfatlarında istehsal da daxil olmaqla, sənaye məhsullarının istehsalına dair statistik məlumatların əldə edilməsi;
-pərakəndə ticarət dövriyyəsinin yerli və idxal malları üzrə strukturuna dair statistikanın formalaşdırılması;
-avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi, növü, dövriyyəsi, sərnişindaşımalar, sərnişindaşımalarda istifadə olunan nəqliyyat vasitələri, daşınmalardan əldə olunan gəlir və sair göstəricilər üzrə statistik məlumatların ­hazırlanması;
-turizm statistikası üzrə göstəricilər sisteminin əhatə dairəsinin genişləndirilməsi;
-mikro, kiçik və orta sahibkarlıq statistikası üzrə göstəricilər sisteminin hazırlanması və məlumat bazasının ­yaradılması;
-muxtar respublikanın şəhər və rayonları üzrə işçi qüvvəsi barədə ətraflı statistik məlumatların hazırlanması;
-əlillərin məşğulluğuna dair cins tərkibi, yaş qrupları, təhsil səviyyəsi, əlillik dərəcəsi və sair göstəricilər üzrə məlumatların hazırlanması;
-reproduktiv yaşda olan əhalinin və uşaqların həyat keyfiyyətini xarakterizə edən statistik məlumatların ­hazırlanması;
-əhalinin müxtəlif sosial-demoqrafik qrupları bölgüsündə gündəlik fəaliyyətlər üzrə vaxt sərfiyyatına dair məlumatların hazırlanması;
-əhalinin fasiləsiz təhsildə iştirakı üzrə məlumatların hazırlanması, peşə təhsili səviyyəsində kadr hazırlığı ­ilə əmək bazarının tələbləri arasında tarazlığın ­qiymətləndirilməsi;
-telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair qarşıya qoyulmuş hədəflərə çatma vəziyyətinin statistik qiymətləndirilməsi;
-mövcud kitabxanalar, kitab fondu və ondan istifadə ilə bağlı məlumatların hazırlanması;
-kənd təsərrüfatı ilə məşğul olan ailə kəndli və ev təsərrüfatlarının elektron məlumat bazalarının yaradılması;
-dayanıqlı sosial-iqtisadi inkişaf ilə bağlı çevik qərarlar qəbul edilməsi üçün etibarlı və operativ məlumatların əldə olunması;
-statistik məlumatların hazırlanmasına sərf olunan vaxtın və xərclərin kağızsız texnologiyanın tətbiqi yolu ilə azaldılması, sənədlərlə işin təşkilində səmərəliliyin yüksəldilməsi;
-maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi. 

4. Dövlət Proqramının həyata keçirilməsinin maliyyə təminatı 

Dövlət Proqramında müəyyən edilmiş tədbirlər dövlət büdcəsində Dövlət Statistika Komitəsinə bu məqsəd üçün nəzərdə tutulan vəsait və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.

5. Dövlət Proqramının həyata keçirilməsi üzrə
TƏDBİRLƏR PLANI

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2601028
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1943
4770
6713
93814
2601028

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter