21 Aprel 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Aprel 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Fevralın 12-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu İran İslam Respublikasının yaranmasının 39-cu il­dönümü – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.
Tədbirdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının Dövlət himnləri səsləndirilmiş, “Qurani-Kərim”dən ayələr oxunmuşdur.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom çıxış edərək İran islam Respublikasının 1979-cu ildən ötən dövrdə keçdiyi yoldan və ölkəsinin beynəlxalq əlaqələrinin inkişafı sahəsində görülən işlərdən danışmışdır. Diqqətə çatdırılmışdır ki, bu gün İran və Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir. İran İslam Respublikası Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Həyata keçirilən qarşılıqlı səfərlərə diqqəti çəkən baş konsul İranın yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında gediş-gəlişin artmasını, iqtisadi-ticarət əlaqələrinin genişlənməsini səmərəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dost və qardaş İran xalqının milli bayramı – İslam inqilabının 39-cu ildönümü münasibətilə qardaş İran xalqını təbrik etmiş, İran dövlətinə inkişaf və tərəqqi arzulayaraq demişdir: Azərbaycan və İran xalqlarını qarşılıqlı mədəniyyət və ortaq dəyərlər birləşdirir. Bu amil hazırda ölkələrimiz arasındakı əlaqələrin inkişaf üçün geniş imkanlar açıb. Hər iki ölkə rəhbərinin səyi ilə dostluq və qardaşlıq əlaqələrimiz daha da inkişaf edir, faydalı əməkdaşlıq əlaqələri qurulur. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında enerji, təhsil, turizm, ticarət və nəqliyyat sahəsində səmərəli əməkdaşlıq mövcuddur. Həyata keçirilən qarşılıqlı rəsmi səfərlər, imzalanan sənədlər və əldə olunan razılıqlar əlaqələrimizin inkişafına öz töhfəsini verməkdədir.
Ali Məclisin Sədri hazırda ölkələrimiz arasındakı münasibətlərin davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirmiş, səmimi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyinə əminliklə çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlamışdır: “İran-Azərbaycan əlaqələrinin uğurlu inkişafı bizi çox sevindirir. Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və ümumi işimizə böyük töhfədir”.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2251848
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1733
5154
29655
118910
2251848

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter