15 İyul 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük. Bu gün dövlətimiz onun siyasəti əsasında uğurla inkişaf edir”.
Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını da davamlı inkişaf yoluna çıxarıb, yaşayış məntəqələri müasirliyə qovuşub. Kəndlərin inkişafına göstərilən qayğı, tikilən yeni sosial obyektlər əhalinin rahat yaşayışını və bölgələrin tarazlı inkişafını təmin edib.

Ərəbyengicə kəndində yeni məktəb binası
istifadəyə verilmişdir

Fevralın 1-də Ərəbyengicə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, müasir layihə əsasında tikilən 3 mərtəbəli məktəb binasında lazımi tədris şəraiti yaradılmışdır. 208 şagird yerlik məktəbdə 2-si elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, 17 kompüterin quraşdırıldığı kompüter otağı, müəllimlər otağı, 2710 kitab fonduna malik olan kitabxana və idman zalı vardır. Kitabxanada oxunması zəruri olan kitablardan ibarət guşə yaradılmışdır.
Ali Məclisin Sədri kitabxanada, kompüter otağında, hərbi kabinədə, laboratoriyalarda, idman zalında və şahmat sinfində olmuş, birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanmış, elektron lövhəli sinifdə 209 təhsil müəssisəsi ilə Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi arasında keçirilən distant dərsi izləmişdir.

Hərbi kabinəyə baxış zamanı qeyd olundu ki, şagirdlərin hərb sənətinə marağı böyükdür. Ötən il bu məktəbi bitirən məzunlardan biri Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunub. Bu il isə iki şagird Heydər Əliyev adına Hərbi Liseyə sənəd verəcəkdir.
Ali Məclisin Sədri elektron dərsliklərdən və internetdən səmərəli istifadənin əhəmiyyətini vurğulamış, kitab mütaliəsinə marağın artırılması və idman dərslərinin keçirilməsinə diqqət yetirilməsi barədə tapşırıqlar vermişdir.
Sonra müəllimlər otağında məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.
Ali Məclisin Sədri yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllimləri təbrik edərək demişdir: Ərəbyengicə kənd tam orta məktəbi müasir tədrisin tələblərinə uyğun qurulub. Məktəb daim öz nailiyyətləri ilə fərqlənib. Ötən tədris ilində məktəbi bitirən hər iki məzun ali məktəblərə qəbul olmuş, onlardan biri 500-700 intervalında bal toplamışdır. Bu da məktəbdə tədrisin və təlim-tərbiyənin düzgün təşkil olunmasının nəticəsidir.

Qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür edən Ali Məclisin Sədri demişdir: Müasir məktəb binasının istifadəyə verilməsi uğurların daha da artmasına imkan verəcək, məktəbi bitirən hər bir gənc öz istəyinə uyğun peşə sahibi olacaqdır. Çünki məktəbdə bütün fənlər üzrə müəllimlər fəaliyyət göstərir, intizam var, tədris müəllim tələbkarlığı və şagird çalışqanlığı üzərində qurulub. Məqsəd ondan ibarətdir ki, gənclərimiz dövlətimizin yaratdığı bu şəraitdən istifadə edərək özlərinə düzgün həyat yolu seçsinlər, peşə öyrənsinlər. Bu gün ölkəmizdə orta, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə hərtərəfli tədris şəraiti vardır. Eyni zamanda dövlətimiz tərəfindən yaxşı oxuyan gənclərin xaricdə təhsil alması üçün də şərait yaradılmışdır.
Ali Məclisin Sədri demişdir: Ölkəmizdə məktəb işinə və müəllim peşəsinə yüksək qiymət verilir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır”. Bu gün ölkəmizin dəyərli, təhsilli, tərbiyəli və vətənpərvər gənclərə ehtiyacı vardır. Çünki Azərbaycan müstəqil dövlətdir. Müstəqil dövlətin ən qiymətli sərvəti onun vətəndaşlarıdır. Vətəndaş da o zaman qiymətli hesab olunur ki, o təhsilli, tərbiyəli və vətənpərvərdir. Bütün bunlar isə məktəbdə hazırlanır. Ona görə də kollektiv üzərinə düşən vəzifələri uğurla yerinə yetirməli, ölkəmiz üçün dəyərli vətəndaşlar hazırlamalıdır.
Ali Məclisin Sədri məktəbin kollektivinə fəaliyyətlərində uğurlar arzulamışdır.
Gənc müəllim Sahabcan Səfərova demişdir ki, müasir tədris avadanlıqları ilə təchiz olunmuş məktəb binasının istifadəyə verilməsi müəllim və şagirdlərin böyük sevincinə səbəb olmuşdur. Bu gün muxtar respublikamızda bütün sahələrdə uğurlar qazanılır. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının ölkəmizin iqtisadi regionlarının reytinq siyahısında lider olması bunu bir daha təsdiq edir. 2018-ci ildə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilməsi bizi qürurlandırır. Göstərilən diqqət və qayğının nəticəsidir ki, gənclərimiz müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Sahabcan Səfərova yaradılan şəraitə görə məktəbin kollektivi və gənclər adından minnətdarlıq etmiş, təhsilli və vətənpərvər gənclər yetişdirəcəklərinə söz vermişdir.
Ali Məclisin Sədri Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsində aktiv iştirak edən bütün muxtar respublika gənclərinə təşəkkürünü bildirmiş və onları təbrik etmişdir.
Məktəb binasının həyətində də abadlıq işləri aparılmış, bufet və açıq idman qurğuları istifadəyə verilmişdir.

Ərəbyengicə Kənd Mərkəzinin açılışı olmuşdur 

Fevralın 1-də Ərəbyengicə kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yerləşən təşkilatların fəaliyyəti ilə maraqlanmışdır.
Bildirilmişdir ki, kənd mərkəzində rabitə evi, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, statistika otağı və 56 yerlik zal yerləşir. Kitabxana fondunda 3117 kitab vardır. Burada elektron kataloq sistemi tərtib olunmuş, ədəbiyyatlar dövrləşməyə uyğun yığılmış, oxunması zəruri olan kitablardan ibarət guşə yaradılmışdır.
Yeni Azərbaycan Partiyası Ərəbyengicə kənd ərazi ilk təşkilatının 131 üzvü vardır. Onlardan 29-u gənc, 42-si isə qadındır. Rabitə evində 288 yerlik yeni nəsil ATS quraşdırılmış, poçt bölməsi fəaliyyətə başlamışdır. Kəndə fiber-optik kabel xəttinin çəkilməsi internetə çıxış imkanlarını yaxşılaşdırmışdır. Hazırda kənddə 36 internet istifadəçisi vardır.
Ali Məclisin Sədri kənddə əhalinin məşğuliyyəti və yaşayışı ilə maraqlanmışdır. Ərəbyengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vüsal Kərimov məlumat vermişdir ki, kənddə əkinçiliyin və heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Hər il sahələrdən bol taxıl, qarğıdalı və bostan-tərəvəz məhsulları yığılır. Yaradılan şərait ailə təsərrüfatlarının inkişafı üçün də geniş imkanlar açmışdır.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması, statistik qeydiyyatların dəqiq aparılması, bütün növ ödənişlərin poçt vasitəsilə həyata keçirilməsi barədə tapşırıqlar vermişdir.
Kənd mərkəzinin həyəti də abadlaşdırılmış, yaşıllıqlar salınmışdır. 

Ərəbyengicədə həkim ambulatoriyası
fəaliyyətə başlamışdır

Ərəbyengicə kəndində yaradılan müasir səhiyyə infrastrukturu insan amilinə verilən dəyərin ifadəsidir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikanın hər bir yaşayış məntəqəsində sakinlərə hərtərəfli tibbi xidmət göstərilir.
Fevralın 1-də Ərəbyengicə kəndində həkim ambulatoriyası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yaradılan şəraitlə maraqlanmışdır.
Bildirilmişdir ki, ambulatoriya 11 otaqdan – baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, mama, qeydiyyat, səhiyyə maarifi mərkəzi, manipulyasiya, tibb bacısı otağı və aptekdən ibarətdir. Otaqlarda stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, mikroskop, peyvənd və təcili yardım çantaları, eləcə də digər tibbi avadanlıqlar qoyulmuş, fizioterapiya kabinəsi yaradılmışdır. Kabinəyə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafin əritmə qazanı və SOLYUKS lampası qoyulmuşdur.
İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar yaradılan səhiyyə maarifi mərkəzində maarifləndirici stendlər, müxtəlif məlumat kitabçaları, müayinə və müalicə protokolları qoyulmuşdur. Bildirilmişdir ki, Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi zamanı bütün həkim ambulatoriyalarında bu cür mərkəzlərin yaradılması nəzərdə tutulur.
Ali Məclisin Sədri səhiyyə maarifi mərkəzində qəbul həkiminin fəaliyyəti üçün lazımi şəraitin yaradılması və tibbi avadanlıqların qoyulması barədə tapşırıqlar vermişdir.

Xidmət mərkəzində 6 iş yeri yaradılıb 

Həmin gün Ərəbyengicə kəndində xidmət mərkəzi də istifadəyə verilmişdir.
Ali Məclisin Sədri mərkəzin açılışını etdikdən sonra burada yaradılan şəraitlə maraqlanmışdır.
Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi və iki anbar yerləşir. Mərkəzdə 6 kənd sakini işlə təmin olunub. Ərzaq mağazasında ailə təsərrüfatı məhsullarından ibarət ayrıca satış bölməsi yaradılmışdır. Bərbər və qadın saç ustası peşə məktəbində oxuyaraq müvafiq sertifikat alıblar.
Sonra sakinlərlə görüş olmuşdur.
Ali Məclisin Sədri Ərəbyengicə kəndinin abad kəndlərin sırasına daxil olması münasibətilə sakinləri təbrik edərək demişdir: Quruculuq işlərindən sonra Ərəbyengicə müasir Azərbaycan kəndinə çevrilmişdir. Bu gün kəndlərin abadlaşması rayonların, rayonların abadlaşması isə ölkəmizin abadlaşması və inkişafı deməkdir. Kəndlərdə görülən bu işlər insanların rahatlığının təmin olunmasına hesablanıb. Uşaqlar müasir məktəbdə təhsil alacaq, dövlət qurumları lazımi şəraiti olan binada fəaliyyət göstərəcək, sakinlərə hərtərəfli xidmət göstəriləcəkdir. Bütün bunlar ölkəmizin iqtisadi inkişafının göstəricisidir. Ölkəmiz inkişaf etdikcə bu inkişafdan onun hər bir kəndinə, şəhərinə pay düşür, yaşayış məntəqələrində quruculuq, abadlıq işləri aparılır.
Ali Məclisin Sədri demişdir: Ərəbyengicə muxtar respublikamızın məhsuldar torpaqlara və zəhmətkeş insanlara malik olan kəndidir. Kənddə əkinçilik, heyvandarlıq və maldarlıq inkişaf etdirilir. Bu gün kəndə dayanıqlı elektrik enerjisi və təbii qaz verilir, yaşıllıqların sahəsi artır. Suvarma suyuna olan tələbat tamamilə ödənilir. Sakinlər dövlətin yaratdığı şəraitdən səmərəli istifadə edərək təsərrüfatlarını genişləndirir, yeni evlər tikirlər, məskunlaşma artır.
Ali Məclisin Sədri bundan sonra da kəndin imkanlarından səmərəli istifadə olunacağına əminliyini bildirmiş, sakinlərə firavan həyat arzulamışdır.
Kənd sakinləri adından minnətdarlıq edən Səfər Ramazanov demişdir: Bu gün Ərəbyengicə kənd sakinlərinin istifadəsinə abad yaşayış məntəqəsi verilir. Aparılan quruculuq işlərindən sonra kəndimiz qəsəbə görkəmi alıb. Yollarımız abadlaşıb, asfalt örtüyü salınıb. Yeni məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası və xidmət mərkəzi kəndimizin simasını tanınmaz dərəcədə dəyişib. Dayanıqlı elektrik və qaz təminatı, rabitə xidməti, sürətli internetə çıxış imkanları insanları qayğılardan azad edib. Ərəbyengicə kəndində sakinlərin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kənd camaatı zəhmətkeş, torpağa bağlı insanlardır. Suyumuz bol, torpaqlarımız məhsuldardır. İstehsal etdiyimiz məhsulları yarmarkalarda rahat satırıq. Bir sözlə, kəndin bütün sosial problemləri öz həllini tapıb. Heç bir çətinliyimiz yoxdur. Bir məsələni də qeyd edim ki, quruculuq, abadlıq, inkişaf muxtar respublikanın hər bir yaşayış məntəqəsini əhatə edib. Naxçıvana gələn qonaqlar şəhərlərimizin, kəndlərimizin inkişafını görəndə öz təəccüblərini gizlədə bilmirlər. Bu isə bizi daha çox sevindirir, qurub yaratmaq əzmimizi artırır. Söz veririk ki, bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə edəcək, qurulanları qoruyub saxlayacağıq.

*   *   *

Ərəbyengicə kəndində yol infrastrukturu da tamamilə yenidən qurulmuşdur. Belə ki, 10,8 kilometr yola asfalt örtük salınmış, 6,7 kilometr yol isə hamarlanaraq qum-çınqıl qatı verilmişdir. Yolun üzərində 25 su keçidi qoyulmuş, 280 metrlik beton kanal çəkilmişdir. Rabitə sistemi də müasirləşdirilmiş, 800 metr fiber-optik kabel xətti çəkilmiş, 9 kilometrə yaxın rabitə xətləri təmir olunmuşdur. Kənddə 500 metrlik elektrik və 384 metrlik yeni qaz xətləri də çəkilmiş, mövcud elektrik və qaz xətlərində bərpa işləri aparılmışdır.

 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2732819
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4737
4754
35290
74058
2732819

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter