21 Yanvar 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Muxtar respublikanın kompleks inkişafı sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunu da əhatə etmişdir. Rayonda geniş quruculuq işləri aparılmış, müasir infrastruktur yaradılmış, sakinlərin rahat yaşayışı təmin edilmişdir. Həyata keçirilən tədbirlər Sədərək rayonunda mədəniyyətin inkişafı üçün də geniş imkanlar açır. 

Noyabrın 28-də Sədərək Rayon Mədəniyyət Evinin yeni binası istifadəyə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. 

Ali Məclisin Sədri Sədərək Rayon Mədəniyyət Evinin yeni binasının istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və binada fəaliyyət göstərəcək təşkilatların kollektivlərini təbrik edərək demişdir: Bu gün Sədərək Rayon Mədəniyyət Evinin istifadəyə verilməsi rayonda mədəni həyatın canlanmasına səbəb olacaqdır. Binada Sədərək Rayon Mədəniyyət və Turizm Şöbəsi, Mərkəzləşmiş Kitabxana Sistemi və Mədəniyyət Evi fəaliyyət göstərəcəkdir. Bu da hər üç təşkilatda çalışan 40-a yaxın əməkdaş üçün müasir iş şəraitinin yaradılması deməkdir. 

 Ali Məclisin Sədri demişdir: Mədəniyyət Evində yaradılan şərait müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsinə imkan verəcəkdir. Muxtar respublikanın teatr və musiqi kollektivlərinin, eləcə də rayon uşaq-musiqi məktəbinin şagirdlərinin Mədəniyyət Evində tamaşa və konsert proqramları ilə çıxış etmələri üçün hərtərəfli şərait var. Ona görə də Sədərək Rayon İcra Hakimiyyəti Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə tədbirlər planı hazırlamalı, muxtar respublikanın teatr və musiqi kollektivləri rayona dəvət olunmalı, ictimaiyyətin iştirakı ilə tədbirlər keçirilməli, hesabat konsertləri təşkil olunmalı, tamaşalar göstərilməlidir. Həmçinin Mərkəzləşmiş Kitabxana Sisteminin zəngin kitab fondundan istifadə olunmalı, kitab günləri və müzakirələri keçirilməlidir. Mədəniyyət Evində fəaliyyət göstərən təşkilatlar yaradılan şəraitdən səmərəli istifadə etməli, öz işlərini günü tələbləri səviyyəsində qurmalı, Sədərək rayonunda mədəni həyatın inkişafına öz töhfələrini verməlidirlər. 

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivlərə uğurlar arzulamış, binada yaradılan şəraitlə tanış olmuşdur. 

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində Mədəniyyət və Turizm Şöbəsi üçün 3 otaq, proyektor quraşdırılan 220 yerlik tamaşa zalı, dekorasiya, kinoproyeksiya və qrim otaqları yerləşir. İkinci mərtəbədə Mərkəzi Kitabxana­nın kitabişləmə və komplektləşdirmə şöbəsi, oxuculara xidmət şöbəsi, oxu zalı və fond üçün otaqlar, üçüncü mərtəbədə isə Mərkəzləşmiş Kitabxana Sisteminin Uşaq Şöbəsi və Mədəniyyət Evi üçün otaqlar istifadəyə verilmişdir. Binanın zirzəmisində isə bufet, qazanxana və arxiv fəaliyyət göstərəcəkdir. 

Mədəniyyət Evinə 3 kompüter və 1 fortepiano verilmişdir. Hazırda Mədəniyyət Evində rəsm və qarmon dərnəkləri, uşaq yallı qrupu fəaliyyət göstərir. Sədərək Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının fondunda 21 min 741 kitab vardır. Uşaq şöbəsində isə oxucuların istifadəsinə 1900-ü kiril, 1503-ü latın qrafikalı olmaqla 3 min 403 kitab verilmişdir. 

Ali Məclisin Sədri Mədəniyyət Evindəki dərnəklərin fəaliyyətinin təşkili və kitabxanalardan səmərəli istifadə ilə bağlı tapşırıqlar vermişdir. 

Sonra tamaşa zalında Sədərək Rayon Mədəniyyət Evinin instrumental ansamblının və uşaq yallı kollektivinin çıxışı olmuşdur. 

Ali Məclisin Sədri instrumental ansamblın üzvləri və uşaq yallı kollektivi ilə görüşmüş, Mədəniyyət Evinin fəaliyyəti üçün yaradılan şəraitdən səmərəli istifadə olunması və konsertlərin təşkilinin vacibliyini bildirmişdir.    

Binanın həyətində müasir işıqlandırma sistemi quraşdırılmış, abadlıq işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6288474
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
6048
13341
110528
338777
6288474

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter