24 Oktyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Oktyabrın 3-də - ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 24-cü ildönümündə Naxçıvan şəhərinin Atatürk küçəsində Türkiyə Respublikasının “Koton” Moda və Satış firmasının yeni mağazası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Ali Məclisin Sədri qardaş Türkiyənin “Koton” Moda və Satış firmasının Naxçıvanda mağazasının fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik etmiş, əməyi olanlara təşəkkürünü bildirərək demişdir: Naxçıvanda “Koton” Moda və Satış firmasının yeni mağazası əlamətdar gündə istifadəyə verilir. 1993-cü il oktyabrın 3-də ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Əgər həmin tarixdə dahi şəxsiyyət ölkə Prezidenti seçilməsəydi, bugünkü müstəqil və inkişaf edən Azərbaycan da olmayacaqdı. Müstəqilliyin, dövlətçiliyin və sabitliyin qarantı olan ümummilli liderimiz Azərbaycanda hərtərəfli inkişafın əsasını qoydu. Ölkə Prezidentinin ulu öndərin yoluna sədaqətinin və bu yolu uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycanda sabitlik və davamlı inkişaf təmin olunub.

Ali Məclisin Sədri demişdir: Yeni xidmət sahələri, mağazalar və sosial obyektlər o ölkələrdə istifadəyə verilir ki, orada sabitlik və inkişaf var, insanların yaşayış səviyyəsi ilbəil yaxşılaşır. Azərbaycan da belə ölkələrdəndir. Ölkəmiz inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Bütün bunların nəticəsidir ki, Azərbaycanda dünyanın ən tanınmış firmaları və şirkətləri fəaliyyət göstərirlər. Blokada şəraitində olmasına və ölkənin əsas ərazisindən ayrı düşməsinə baxmayaraq Naxçıvan Muxtar Respublikasında da bütün sahələrdə inkişaf təmin olunub. Bu isə muxtar respublikada böyük firmaların fəaliyyəti üçün geniş imkanlar açır. “Koton” təkcə bir ölkəyə aid firma deyil, o dünya markasıdır. Firmanın o yerlərdə mağazaları fəaliyyət göstərir ki, orada inkişaf və sabitlik var, əhalinin yaşayış səviyyəsi və alıcılıq qabiliyyəti yüksəkdir. Məhz bu istiqamətlər üzrə apardığı araşdırmalardan sonra “Koton” firması Naxçıvanda da mağazasını açmağı qərara almışdır.

Ali Məclisin Sədri göstərilən bu təşəbbüsə görə “Koton” firmasının qurucularına və əməkdaşlarına təşəkkür etmişdir.

Ali Məclisin Sədri demişdir ki, “Koton” firmasının 28 xarici ölkədə və Türkiyədə, ümumilikdə 486 mağazası var. 12 mindən artıq işçisi olan firma hər il 50-dən artıq kolleksiyada alıcılara 30 min fərqli çeşiddə məhsul təklif edir. Avropa və Asiyada böyük nüfuza malik olan “Koton” firması 2025-ci ilə qədər dünyanın 5 qitəsində tanınmağı qarşıya məqsəd qoymuşdur. Bu səbəbdən “Koton” firmasının Naxçıvanda fəaliyyət göstərməsi mühüm əhəmiyyətə malikdir. Çünki bu mağaza yeni iş yerlərinin açılması ilə yanaşı, həm də Naxçıvanda turizmin inkişafına töhfə verəcək, gələn qonaqlar və muxtar respublika əhalisi keyfiyyətli məhsullarla təmin olunacaqdır.
Ali Məclisin Sədri “Koton” firmasının Naxçıvanda açılan yeni mağazasının uğurla fəaliyyət göstərəcəyinə əminliyini bildirmiş və kollektivə işlərində uğurlar arzulamışdır.
“Koton” Moda və Satış firmasının Xarici ölkələr üzrə bölgə meneceri Bahar Davran demişdir: “Koton” firması Naxçıvanda yeni mağazasının açılmasına mühüm əhəmiyyət verir. Çünki burada mağazanın fəaliyyəti üçün hərtərəfli şərait var. Keyfiyyətli xidmət göstərmək qarşımızda duran əsas vəzifədir. Bahar Davran göstərilən dəstəyə görə “Koton” Moda və Satış firmasının qurucuları və kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Sonra Ali Məclisin Sədri mağazada yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, yaradıcı düşüncə, yenilikçilik, müştəri məmnuniyyəti, çeşid müxtəlifliyi və dizayn zənginliyi “Koton” firmasının əsas fəaliyyət istiqamətidir. Mağaza qadın, kişi və uşaq geyimləri bölmələrindən ibarətdir. Həmçinin burada firmanın istehsalı olan müxtəlif aksesuarlar və çantalar da alıcılara təklif olunur. Hər fəsilə və dəbə uyğun mallar çeşid bolluğu, yüksək keyfiyyəti və sərfəli qiyməti ilə seçilir. Mağazada 21 nəfər işlə təmin olunub.
Ali Məclisin Sədri mağazanın fəaliyyətinin təşkili ilə bağlı aid təşkilatlara tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4829712
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10835
17982
28817
364772
4829712

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter